AZ
EN РУ
  • BİOQRAFİYA
    • Mükafatlar

    • Məqalələr
  • FƏALİYYƏT
    • Tədbirlər
    • Çıxışlar

    • Görüşlər
    • Müsahibələr

    • Səfərlər
  • QALEREYA
    • Foto
      • Portret
      • Ailə
      • Anlar
    • Video

Mükafatlar

Papa Cəngavər Ordeninin ən ali dərəcəsi

Papa Cəngavər Ordeninin ən ali dərəcəsi

2020-ci il fevralın 22-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına (Dama di Gran Croce dell’ordine Piano) layiq görülüb.

Ordeni Birinci vitse-prezident Mehriban Əliyevaya Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin təqdim edib.

Rusiyanın “Dostluq” ordeni

Rusiyanın “Dostluq” ordeni

2019-cu il avqustun 13-də Mehriban Əliyeva Prezident Vladimir Putinin Fərmanı ilə Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunub.

2019-cu il noyabrın 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dövlət mükafatını Mehriban Əliyevaya təqdim edib.

“Üzeyir Hacıbəyli” fəxri medalı

“Üzeyir Hacıbəyli” fəxri medalı

2019-cu il yanvarın 18-də Mehriban Əliyeva dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına verdiyi əvəzsiz töhfələrə görə Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib.

Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı

Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı

2018-ci il sentyabrın 22-də Mehriban Əliyevaya idman aləmində və “Ədalətli oyunlar”ın təbliğində nümunəvi nailiyyətlərinə görə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı təqdim olunub.

“Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni

“Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni

2018-ci il iyulun 12-də Mehriban Əliyeva İtaliya Respublikasının “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni ilə təltif edilib. Orden iqtisadiyyat, ictimai və humanitar fəaliyyət, xeyriyyəçilik, ədəbiyyat, incəsənət və digər sahələrdə xalq qarşısında mühüm xidmətlərə görə verilir.

2018-ci il iyulun 18-də İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində ordeni Mehriban Əliyevaya təqdim edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı

Mehriban Əliyeva qlobal layihələrin, təhsilin, elmin və mədəniyyətin inkişafına verdiyi töhfələrə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalına layiq görülüb.

2018-ci il martın 15-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı Mehriban Əliyevaya təqdim edilib.

II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni

II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni

Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Mehriban Əliyevanı II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edib.

2017-ci il dekabrın 26-da Rusiya Federasiyasının paytaxtında yerləşən Xilaskar İsa Məbədində Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Mehriban Əliyevaya II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenini təqdim edib.

Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru

Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru

2016-cı il sentyabrın 22-də Bolqarıstanın mədəni irsinin qorunmasına və təşviqinə böyük töhfəsinə, bu işdə fəal iştirakına görə Mehriban Əliyevaya Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru diplomu təqdim edilib.

Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı

Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı

2016-cı il sentyabrın 22-də Bolqarıstanda Mehriban Əliyevaya Veliko Tırnovo şəhərinin mədəni irsinin qorunmasındakı xidmətlərinə görə şəhərin fəxri vətəndaşı diplomu və döş nişanı təqdim olunub.

“Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni

“Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni

2016-cı il martın 6-da Macarıstanın Baş naziri Viktor Orbanın ölkəmizə rəsmi səfəri çərçivəsində Mehriban Əliyevanın “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni ilə təltif olunması mərasimi keçirilib.

“2015-ci ilin adamı”

“2015-ci ilin adamı”

2016-cı il yanvarın 21-də Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu “Bakı-2015” birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsində oynadığı müstəsna rola, Azərbaycanın müsbət imicinin dünyada tanıdılması istiqamətində göstərdiyi genişmiqyaslı fəaliyyətə, Azərbaycan və dünya mədəniyyətinin qarşılıqlı inteqrasiyası üçün gördüyü işlərə, ölkədə multikulturalizm mühitinin formalaşdırılmasındakı töhfələrə və ardıcıl xeyriyyəçilik fəaliyyətinə görə Mehriban Əliyevanı "2015-ci ilin adamı" elan edib.

2016-cı il martın 1-də Heydər Əliyev Fondunda Mehriban Əliyevaya “2015-ci ilin adamı” mükafatının təqdim edilməsi mərasimi keçirilib.

Ali Orden

Ali Orden

Mehriban Əliyeva Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Ordenə layiq görülüb.

2016-cı il yanvarın 21-də Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin İsveçrənin Lozanna şəhərində keçirilən növbəti iclası zamanı Ali Orden Mehriban Əliyevaya təqdim edilib.

BMT-nin Əhali Fondunun xatirə diplomu

BMT-nin Əhali Fondunun xatirə diplomu

2015-ci il noyabrın 12-də Mehriban Əliyevaya Azərbaycanda qadınların və uşaqların hüquqlarının qorunması, həmçinin gender bərabərliyi sahəsində göstərdiyi xidmətlərə görə BMT-nin Əhali Fondunun xatirə diplomu və hədiyyəsi təqdim edilib.

“Heydər Əliyev” ordeni

“Heydər Əliyev” ordeni

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 29 iyun tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

2015-ci il iyunun 29-da “Bakı-2015” birinci Avropa Oyunlarının keçirilməsində xüsusi xidmətləri olan şəxslərin, həmçinin Avropa Oyunlarında uğurla çıxış edən idmançıların, onların məşqçilərinin, idman federasiyaları sədrlərinin mükafatlandırılması mərasimində “Heydər Əliyev” ordeni Mehriban Əliyevaya təqdim olunub.

“Sreten” ordeni

“Sreten” ordeni

2015-ci il martın 26-da Mehriban Əliyeva Serbiya qarşısında ictimai, mədəni və humanitar sahələrdə xüsusi xidmətlərinə görə Serbiya Respublikasının yüksək dövlət mükafatı – “Sreten” ordeni ilə təltif edilib.

2015-ci il iyunun 11-də Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin Azərbaycana səfəri çərçivəsində Mehriban Əliyevaya “Sreten” ordeninin təqdim edilməsi mərasimi keçirilib.

“Hilal-e Pakistan” ordeni

“Hilal-e Pakistan” ordeni

2015-ci il fevralın 11-də Mehriban Əliyeva Pakistanda göstərdiyi xidmətlərə, eləcə də verdiyi böyük töhfələrə görə Pakistan İslam Respublikasının ali dövlət mükafatı – “Hilal-e Pakistan” ordeni ilə təltif edilib.

2015-ci il martın 11-də Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri çərçivəsində Mehriban Əliyevaya “Hilal-e-Pakistan” ordeninin təqdim edilməsi mərasimi keçirilib.

Fotoqalereya

Videoqalereya

Küveyt Dövlətinin Fəxri diplomu

Küveyt Dövlətinin Fəxri diplomu

2014-cü ilin avqustunda Mehriban Əliyeva İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Küveyt Dövlətinin Fəxri diplomu ilə təltif edilib.

“Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni

“Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni

2014-cü ilin avqustun 14-də Mehriban Əliyeva “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilib.

2014-cü il oktyabrın 22-də Heydər Əliyev Fondunda Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin ordeni Mehriban Əliyevaya təqdim edib.

Fotoqalereya

Videoqalereya

“Olympic Excellence” mükafatı

“Olympic Excellence” mükafatı

Mehriban Əliyeva Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı ilə təltif olunub.

2014-cü il iyunun 16-da Afinada Beynəlxalq Olimpiya Akademiyasının gənc iştirakçılarının 54-cü beynəlxalq sessiyasının açılış mərasimində “Olympic Excellence” xüsusi fəxri mükafatı Mehriban Əliyevaya təqdim edilib.

Fotoqalereya

Videoqalereya

“Elpida” mükafatı

“Elpida” mükafatı

2014-cü il iyun ayının 15-də Afinada “Elpida” xərçəng xəstəliyinə tutulan uşaqların Dostluq Assosiasiyasının prezidenti Marianna Vardinoyannis “Elpida” mükafatını Mehriban Əliyevaya təqdim edib.

“İlin Birinci Xanımı” mükafatı

“İlin Birinci Xanımı” mükafatı

2014-cü il mayın 14-də Mehriban Əliyeva Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə “The Business Year” jurnalı tərəfindən “İlin Birinci Xanımı” mükafatına layiq görülüb.

Fotoqalereya

Türk-Alman Dostluq Federasiyasının “Kybele” fəxri mükafatı

Türk-Alman Dostluq Federasiyasının “Kybele” fəxri mükafatı

2014-cü ilin mayın 12-də Mehriban Əliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının “Kybele” fəxri mükafatına layiq görülüb.

2014-cü ilin ən nüfuzlu qadını

2014-cü ilin ən nüfuzlu qadını

Fransanın Ərəb Mədəni İrsi Mərkəzi və Misirin “Nefertiti Media Productions” şirkətinin 2013-cü il martın 8-dən 2014-cü il yanvarın 10-dək birgə keçirdiyi sorğunun nəticəsinə görə Mehriban Əliyeva UNESCO-nun Xoşməramlı səfiri kimi fəaliyyətindəki xüsusi xidmətləri nəzərə alınmaqla, həmçinin mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfələrə görə 2014-cü ilin ən nüfuzlu qadını adına layiq görülüb. 

“Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı - 2013”

“Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı - 2013”

2013-cü il dekabrın 27-də Mehriban Əliyeva Pakistanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı - 2013” mükafatına layiq görülüb.

“Humanizm simvolu - 2012-ci ilin adamı”

“Humanizm simvolu - 2012-ci ilin adamı”

Pakistanın nüfuzlu “Daily Times” qəzeti və Qadın Könüllülər Təşkilatı Mehriban Əliyevanı Heydər Əliyev Fondunun 2012-ci ildə Pakistanın bütün əyalətlərində keçirdiyi humanitar aksiyalara, o cümlədən təhsil və səhiyyə sahəsində gördüyü işlərə görə “Humanizm simvolu - 2012-ci ilin adamı” elan edib.

Beynəlxalq Kazak Akademiyasının ali mükafatı

Beynəlxalq Kazak Akademiyasının ali mükafatı

2012-ci il noyabrın 16-da Mehriban Əliyeva mərhəmətinə, xeyirxahlığına, xalqların rifahı naminə yorulmaz fəaliyyətinə və kazaklara göstərdiyi köməyə görə Beynəlxalq Kazak Akademiyasının ali mükafatına layiq görülüb.

Krans Montana Forumunun “Prix de la Fondation” mükafatı

Krans Montana Forumunun “Prix de la Fondation” mükafatı

2012-ci ildə Mehriban Əliyeva daha yaxşı dünya qurmaq üçün göstərdiyi genişmiqyaslı fəaliyyətinə görə Krans Montana Forumunun “Prix de la Fondation” mükafatına layiq görülüb.

2012-ci il iyunun 29-da Bakıda keçirilən Krans Montana Forumu çərçivəsində mükafat Mehriban Əliyevaya təqdim edilib. 

Fotoqalereya

“Birlik Ulduzları” dövlətlərarası mükafatı

“Birlik Ulduzları” dövlətlərarası mükafatı

2012-ci il aprelin 10-da Mehriban Əliyeva humanitar fəaliyyətinə görə MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası (HƏŞ) və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən “Birlik Ulduzları” dövlətlərarası mükafatına layiq görülüb.

2012-cü il aprelin 13-də Rusiya Dövlət Kitabxanasının Paşkov Evində “Birlik Ulduzları” dövlətlərarası mükafat laureatlarının təntənəli təltif mərasimində mükafat Mehriban Əliyevaya təqdim edilib.

Fotoqalereya

Videoqalereya

İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru

İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru

2012-ci il fevralın 13-də Mehriban Əliyeva səhiyyənin, ətraf mühitin, sülhün və humanizmin qorunması ilə bağlı qlobal problemlərin həllinə verdiyi sanballı töhfələrə görə Rusiya Federasiyasının İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülüb.

2012-ci il aprelin 13-də MDTU-da yerləşən Tibb Tarixi Muzeyinin binasında Mehriban Əliyevaya “İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru” Diplomu və Xatirə nişanının təqdim edilməsi mərasimi keçirilib.

Fotoqalereya

Videoqalereya

Krans Montana Forumunun Qızıl medalı

Krans Montana Forumunun Qızıl medalı

Mehriban Əliyeva daha yaxşı dünya qurmaq üçün göstərdiyi dəyərli fəaliyyətinə görə Krans Montana Forumunun Qızıl medalına layiq görülüb.

2011-ci il iyunun 24-də Brüsseldə Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalının təqdim edilməsi mərasimi keçirilib.

Fotoqalereya

“Qızıl Motsart” medalı

“Qızıl Motsart” medalı

Mehriban Əliyevaya mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsindəki xidmətlərinə görə UNESСO-nun “Qızıl Motsart” medalı ilə təltif edilib.

2010-cu il iyulun 30-da II Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışında “Qızıl Motsart” medalı Mehriban Əliyevaya təqdim edilib.

Fotoqalereya

“Şərəf Legionu” ordeninin zabit dərəcəsi

“Şərəf Legionu” ordeninin zabit dərəcəsi

2010-cu il fevralın 15-də Mehriban Əliyeva Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə Fransa Respublikası Prezidentinin sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib.

2011-ci il oktyabrın 7-də Fransa Prezidenti Nikola Sarkozinin Azərbaycana rəsmi səfəri çərçivəsində Mehriban Əliyevaya ordenin təqdim edilməsi mərasimi keçirilib.

Fotoqalereya

Videoqalereya

Böyük Komandor Xaçı ordeni

Böyük Komandor Xaçı ordeni

Mehriban Əliyeva Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif edilib.

2009-cu il sentyabrın 14-də Heydər Əliyev Fondunda Mehriban Əliyevaya ordenin təqdim edilməsi mərasimi keçirilib.

Fotoqalereya

Heydər Əliyev Mükafatı

Heydər Əliyev Mükafatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 5 may tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatı ilə təltif edilib.

2009-cu il mayın 10-da Bakıda “Buta” sarayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə təşkil olunmuş mərasimdə Heydər Əliyev Mükafatı Mehriban Əliyevaya təqdim edilib.

“Qızıl ürək” beynəlxalq mükafatı

“Qızıl ürək” beynəlxalq mükafatı

Mehriban Əliyeva genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülüb.

2007-ci il mayın 27-də Moskvanın Stanislavski və Nemiroviç-Dançenko adına Musiqili Teatrında keçirilən “Qızıl ürək” beynəlxalq mükafatının dördüncü təqdimat mərasimində mükafat Mehriban Əliyevaya təqdim edilib.

Fotoqalereya

Videoqalereya

Dünya Səhiyyə Təşkilatının mükafatı

Dünya Səhiyyə Təşkilatının mükafatı

2007-ci il yanvarın 29-da Dünya Səhiyyə Təşkilatı (WHO) İcraiyyə Komitəsinin Cenevrədə keçirilmiş 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyeva ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə təşkilatın mükafatına layiq görülüb.

2007-ci il mayın 17-də Cenevrədə DST-nin ali orqanının – Dünya Səhiyyə Assambleyasının 60-cı sessiyasının yığıncağında mükafat Mehriban Əliyevaya təqdim edilib.

Fotoqalereya

Videoqalereya

ISESCO-nun Xoşməramlı səfiri

ISESCO-nun Xoşməramlı səfiri

Mehriban Əliyeva sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə ISESCO-nun (İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət təşkilatı) Xoşməramlı səfiri adına layiq görülüb.

2006-cı il noyabrın 23-də Heydər Əliyev Fondunda Mehriban Əliyevaya Xoşməramlı səfir adının təqdim edilməsi mərasimi keçirilib.

Fotoqalereya

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalı

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalı

Mehriban Əliyeva mədəni-mənəvi dəyərlərin qorunub saxlanmasına verdiyi töhfələrə görə BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) qızıl medalına layiq görülüb.

2006-cı il martın 3-də Heydər Əliyev Fondunda mükafatın təqdim edilməsi mərasimi keçirilib.

Fotoqalereya

“2005-ci ilin adamı”

“2005-ci ilin adamı”

2006-cı il yanvarın 5-də Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu Azərbaycanın təhsil sisteminin inkişafında xidmətlərinə, milli mədəni irsimizin qorunub saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsi üçün gördüyü işlərə, bədii gimnastika üzrə 27-ci dünya çempionatının respublikamızda yüksək səviyyədə hazırlanıb keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə Mehriban Əliyevanı “2005-ci ilin adamı” elan edib.

2006-ci il yanvarın 31-də Bakıda “Park Inn” hotelinin böyük mərasim salonunda Mehriban Əliyevaya “2005-ci ilin adamı” mükafatının təqdim edilməsi mərasimi keçirilib.

Fotoqalereya

Videoqalereya

Azərbaycanda “İlin qadını”

Azərbaycanda “İlin qadını”

2005-ci ildə Mehriban Əliyeva “Lider qadınlar” İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan Sosiologiya Assosiasiyasının keçirdiyi sorğunun nəticələrinə əsasən Azərbaycan qadınına xas yüksək əxlaqi keyfiyyətlərinə, geniş xeyriyyəçilik fəaliyyətinə görə “İlin qadını” elan edilib.

2005-ci il iyulun 18-də Bakıda Yaxt klubda mükafatın təqdim edilməsi mərasimi keçirilib.

Fotoqalereya

“Yaqut Xaç” ordeni

“Yaqut Xaç” ordeni

2005-ci il iyunun 9-da Mehriban Əliyeva ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə verdiyi töhfələrə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb.

2005-ci il oktyabrın 13-də Heydər Əliyev Fondunda ordenin təqdim edilməsi mərasimi keçirilib.

Fotoqalereya

“Caspian Energy Integration Award-2005”

“Caspian Energy Integration Award-2005”

2005-ci ilin martında Mehriban Əliyeva “2004-cü ilin ictimai xadimi” nominasiyası üzrə “Caspian Energy Integration Award-2005” beynəlxalq mükafatına layiq görülüb.

UNESCO-nun Xoşməramlı səfiri

UNESCO-nun Xoşməramlı səfiri

2004-cü il avqustun 13-də Mehriban Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə UNESСO-nun Xoşməramlı səfiri adına layiq görülüb.

2004-cü il sentyabrın 9-da Parisdə UNESCO-nun iqamətgahında Mehriban Əliyevaya qurumun Xoşməramlı səfiri adının təqdim edilməsi mərasimi keçirilib.

Fotoqalereya

UNESCO-nun xoşməramlı səfiri

13 avqust 2004-cü il

2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban Əliyeva UNESСO-nun Xoşməramlı səfiri adına layiq görülüb.

Müəllif hüquqları qorunur © 2015