Prezident İlham Əliyev və ailə üzvləri ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə aksiyasında iştirak ediblər
10.05.2017Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Qala-Türkan magistral avtomobil yolunun ətrafında salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı əvvəlcə Azərbaycanda ekoloji vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlı məlumatları əks etdirən stendlərlə tanış olublar.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ərazidə ağac əkiblər.
Dövlətimizin başçısı və xanımı ağacəkmə kampaniyasının iştirakçıları ilə xatirə şəkilləri çəkdiriblər.
Mayın 10-da Qala-Türkan magistral avtomobil yolunun ətrafında salınan yaşıllıq massivində 9 minə yaxın aqrar əhəmiyyətli və digər növ ağaclar əkilib.