Mehriban Əliyeva UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida ilə görüşüb
29.09.2016Sentyabrın 29-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida ilə görüşüb.
Mehriban Əliyeva Foruma dəvəti qəbul etdiyinə görə qonağa təşəkkürünü bildirib. Forumun nəticələrinin həyata keçirilməsinin qarşıda duran mühüm məsələlərdən olduğu vurğulanıb. Bakı Beynəlxalq Humanitar Forumu millətlərarası əməkdaşlıq üçün gözəl format adlandırılıb.
Görüşdə Azərbaycan ilə UNESCO arasında mövcud əlaqələr müzakirə olunub.