Bakıda “Muğam Aləmi” III Beynəlxalq Muğam Festivalının təntənəli açılışı olub

Martın 9-da Bakıda, Heydər Əliyev Mərkəzində “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalının təntənəli açılış mərasimi olub.

Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.

Beynəlxalq Festivalın prezidenti Mehriban Əliyeva mərasimi açaraq çıxış etdi.

Festivalın açılış mərasimində ABŞ, Türkiyə, Çin, İran, Özbəkistan, İraq, İordaniyi.a, Küveyt, Mərakeş və digər ölkələrdən gəlmiş qonaqlar da iştirak edirdilər.

Mərasimdə Azərbaycan Dövlət simfonik, xalq çalğı alətləri orkestrlərinin, Azərbaycan Dövlət xor kapellasının, Azərbaycan Dövlət rəqs və qədim musiqi alətləri ansambllarının ifasında möhtəşəm konsert proqramı təqdim olundu.

Martın 19-dək davam edəcək festivalın təşkilatçıları Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqıdır.