Bakıda Beynəlxalq Muğam Mərkəzində “Muğam aləmi” II Beynəlxalq muğam festivalının açılış mərasimi olub

Martın 14-də Beynəlxalq Muğam Mərkəzində “Muğam aləmi” II Beynəlxalq muğam festivalının təntənəli açılış mərasimi olmuşdur.

Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişlər.

Beynəlxalq festivalın prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbiri açaraq çıxış edib.

Hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbir geniş konsert proqramı ilə davam etmişdir.

Festivalın açılış mərasimində ABŞ, Türkiyə, Çin, İran, Özbəkistan, İraq, İordaniya, Küveyt, Mərakeş və digər ölkələrdən gəlmiş qonaqlar da iştirak etmişlər.