İyulun 2-də Heydər Əliyev Fondunda Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təsis etdiyi “Muğam” jurnalının ilk nömrəsinin və “Muğam-Antologiya” layihəsi çərçivəsində çap olunmuş Səfiyəddin Urməvinin (1217-1294) “Şərəfiyyə risaləsi” və “Kitabül-ədvar”, habelə Fətullah Şirvaninin (1417-1486) “Musiqi məcəlləsi” əsərlərinin təqdimat mərasimi keçirilmişdir.