AZ
EN РУ
  • BİOQRAFİYA
    • Mükafatlar

    • Məqalələr
  • FƏALİYYƏT
    • Tədbirlər
    • Çıxışlar

    • Görüşlər
    • Müsahibələr

    • Səfərlər
  • QALEREYA
    • Foto
      • Portret
      • Ailə
      • Anlar
    • Video

Çinin nümayəndə heyəti ilə görüş

31.08.2018

Avqustun 31-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Li Syaolinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonağın Azərbaycana səfərinin uğurlu olacağına əminliyini ifadə edən Mehriban Əliyeva Li Syaolinin Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri kimi ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə yönələn fəaliyyətinə görə təşəkkürünü bildirib. Çinlə Azərbaycan arasında münasibətlərin dostluq və tərəfdaşlıq üzərində qurulduğunu, qarşılıqlı hörmətə əsaslandığını vurğulayıb. İki ölkənin müxtəlif sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq etdiyini bildirib, siyasi əlaqələrin ən yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Heydər Əliyev Fondunun Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası ilə uğurlu əməkdaşlıq etdiyini bildirən Mehriban Əliyeva ötən il iki qurum arasında dostluq və əməkdaşlıq Memorandumunun imzalandığını və bu istiqamətdə artıq işlərin başlandığını diqqətə çatdırıb.

“Bu il Çində yaradılan yay düşərgəsini Azərbaycandan olan uşaqlar da ziyarət etdilər, Çində Azərbaycan mədəniyyət günləri, o cümlədən Azərbaycan sərgiləri təşkil edildi”, - deyən Mehriban Əliyeva gələcək əməkdaşlıq üçün böyük potensialın olduğuna əminliyini ifadə edib. Çinin dünyanın ən güclü iqtisadiyyatlarından birinə malik olduğunu qeyd edib və bu sahədə birgə fəaliyyət üçün yaxşı imkanların olduğunu söyləyib. Nəqliyyat sahəsində mövcud olan geniş potensialı qeyd edən Mehriban Əliyeva Azərbaycanın artıq iri mərkəzə çevrildiyini, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə Asiyaya ən qısa yolun çəkildiyini bildirib. Həm Azərbaycanın, həm də Çinin tarixən Böyük İpək Yolu üstündə yerləşdiyini və bunun əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını vurğulayıb. Bu yaxınlarda Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi dövlət kimi üzv olmaq üçün ərizə təqdim etdiyini, bu ilin may ayında təşkilatın mənzil-qərargahında Azərbaycan mədəniyyət günlərinin uğurla keçirildiyini xatırladıb, ölkəmizə dəstəyə və göstərilən yüksək münasibətə görə təşəkkürünü çatdırıb. Azərbaycanla Çin arasında dostluq körpülərinin yaradıldığını və Li Syaolinin səfərinin yeni tərəfdaşlıq münasibətlərinin qurulmasına mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Li Syaolin Mehriban Əliyeva ilə görüşündən şərəf hissi duyduğunu deyərək, bu görüşün gələcək əməkdaşlığın müzakirəsi baxımından əhəmiyyətini qeyd edib. İlk dəfədir Azərbaycana səfər etdiyini deyən qonaq paytaxtımızın onda dərin təəssürat yaratdığını, Heydər Əliyev Mərkəzi və oradakı sərgilərlə tanışlıqdan məmnunluğunu ifadə edib. Qonaq Heydər Əliyev Fondu ilə əməkdaşlığa görə təşəkkürünü bildirib.

Görüşün sonunda Mehriban Əliyeva qonaqlara xatirə hədiyyəsi təqdim edib.

Foto

Video

02:50
  • Birinci vitse-prezident
  • Heydər Əliyev Fondu
  • Azərbaycan Gimnastika Federasiyası
  • Azərbaycan Mədəniyyət Fondu
  • UNESCO
09.03.2013
Bakıda “Muğam Aləmi” III Beynəlxalq Muğam Festivalının təntənəli açılışı olub
04.05.2011
Mehriban Əliyeva Müasir İncəsənət Muzeyində “Sənət inciləri” adlı sərgi ilə tanış olub
14.03.2011
Bakıda Beynəlxalq Muğam Mərkəzində “Muğam aləmi” II Beynəlxalq muğam festivalının açılış mərasimi olub
02.07.2007
“Muğam” jurnalının ilk nömrəsinin və “Muğam-Antologiya” layihəsi çərçivəsində çap olunmuş nəşrlərin təqdimatı olub

İyulun 2-də Heydər Əliyev Fondunda Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təsis etdiyi “Muğam” jurnalının ilk nömrəsinin və “Muğam-Antologiya” layihəsi çərçivəsində çap olunmuş Səfiyəddin Urməvinin (1217-1294) “Şərəfiyyə risaləsi” və “Kitabül-ədvar”, habelə Fətullah Şirvaninin (1417-1486) “Musiqi məcəlləsi” əsərlərinin təqdimat mərasimi keçirilmişdir.

13.06.2006
Üzeyir Hacıbəyovun anadan olmasının 120 illiyinə həsr edilmiş muğam konserti olub
08.06.2005
Azərbaycan Mədəniyyətinin Dostları Fondu Filarmoniyada muğam axşamı təşkil edib
16.09.2019
Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimi keçirilib
17.05.2019
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti ilə görüşüblər
13.05.2017
Birinci vitse-prezident Mehriban Əliyeva İslamiadanın qalibi olan bədii gimnastika üzrə milli komandamızın üzvlərinə qızıl medalları təqdim edib
24.12.2015
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
20.06.2015
Alina Kabayeva: “Mehriban Əliyeva ilə şəxsən tanış deyilik, amma öz ölkəsində idmanın inkişafına onun necə böyük töhfə verdiyini bilirəm”

“Birinci Avropa Oyunlarının keçirilməsi təkcə Azərbaycan və Rusiya üçün deyil, həm də bütün Avropa üçün çox mühüm hadisədir.

20.06.2015
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva idman gimnastikası yarışlarının final mərhələsini izləyiblər
06.03.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində olub
06.03.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə aparılan təmir-bərpa işləri ilə tanış olub
23.09.2024
Əhmədli qəsəbəsindəki 120 yaşlı məscid Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilib
18.05.2024
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər
11.05.2024
Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib
10.05.2024
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər
05.05.2025
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Mərakeşin xanım Şahzadəsi Lalla Hasnaa ilə görüşüb
15.04.2025
Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıdakı 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində olublar
16.03.2025
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federal Məclisi Federasiya Şurasının sədri ilə görüşüb
06.03.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədə Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində olub
06.03.2025
Gəncənin Şah Abbas və Hüseyniyyə məscidlərinin mövcud vəziyyəti ilə tanışlıq
06.03.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində olub
30.06.2019
Birinci vitse-prezident Mehriban Əliyeva UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində iştirak edib
30.06.2019
Birinci vitse-prezident Mehriban Əliyeva UNESCO-nun Baş direktoru xanım Odri Azule ilə görüşüb
18.05.2018
Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə UNESCO-nun baş direktoru Odri Azule ilə görüşüb
18.05.2018
Parisdə UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuuranın 80 illiyi münasibətilə konfrans keçirilib
29.09.2016
Mehriban Əliyeva UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida ilə görüşüb
17.11.2015
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak ediblər
Müəllif hüquqları qorunur © 2025