Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olublar

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgiləri ilə tanış olublar.

Sərgilərdə dünyanın 28 ölkəsini təmsil edən 331 şirkət iştirak edir. Sərgilərin iştirakçılarının 70 faizi xarici şirkətlərdir. Belarus, Çin, Gürcüstan, Macarıstan, Niderland və Şri-Lanka sərgilərdə milli stendlərini təqdim edirlər. Belarus builki sərgidə 11 şirkətlə təmsil olunur. Azərbaycanda keçirilən bu sərgilərə İtaliya, Qazaxıstan, Amerika, Türkiyə və Almaniya şirkətləri də böyük maraq göstəriblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərgilərdə nümayiş olunan stendlərə baxıblar.