Hər bir xalqın öz dili var. Bu dilə biz ana dili deyirik. Çünki onu ilk dəfə anamızdan duymuşuq.
Bizim ana dilimiz Azərbaycan dilidir. Azərbaycan dili dünyada yaşayan bütün azərbaycanlıların ana dilidir.
Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir. Dövlət dili dövlətimizin müstəqilliyinin əsas əlamətlərindəndir. Ona görə də dilimizi sevməli və qorumalıyıq.
Dilimizin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır. Azərbaycan əlifbasında 32 hərf var.