“Birinci xanım” dövlət başçısının həyat yoldaşı üçün istifadə olunan qeyri-rəsmi tituldur.
Bu titul ilk dəfə Amerika Birləşmiş Ştatlarında işlədilib. ABŞ prezidenti ölkənin birinci şəxsi, onun həyat yoldaşı isə birinci xanım – “first lady” adlanır. Sonradan digər ölkələrdə də bu tituldan istifadə olunmağa başlanılıb.
Birinci xanımlar adətən digər dovlət başçılarınıın xanımları və ailələri ilə diplomatik münasibətlər saxlayır, dövlət başçısının rəsmi səfərləri zamanı birinci xanımlar üçün xüsusi proqram təşkil edilir. Bəzi birinci xanımlar ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edir, müxtəlif sahələrdə dövlət siyasətinin həyata keçirilməsinə yardımçı olurlar.
|