Azərbaycan Mədəniyyət Fondu 1995-ci ildə yaradılmış xeyriyyə təşkilatıdır. Təşkilatın rəhbəri Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır. Fondun əsas məqsədi milli incəsənətimizi inkişaf etdirmək, təbliğ etmək, xarici ölkələrdə daha geniş tanıtmaqdır. Azərbaycan Mədəniyyət Fondunun rəhbəri Mehriban Əliyeva xalqımızın ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə 2004-cü ildə UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür. |