Səudiyyə Ərəbistanı Krallığına səfər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 2005-ci il martın 11-də Səudiyyə Ərəbistanı Krallığında səfərdə olublar.

Dövlət başçısının rəsmi səfəri çərçivəsində birinci xanım Mehriban Əliyeva üçün ayrıca səfər proqramı tərtib olunmuşdu.

Ər-Riyadda Muzey-Mərkəzlə tanışlıq

Martın 11-də Mehriban Əliyeva Ər-Riyadda Kral Əbdüləziz adına Tarixi Muzey-Mərkəzlə tanış olub.

Mehriban Əliyeva mərasim otaqlarına, salonlara, divarlarda, tavanda, hətta döşəmələrdə yüksək peşəkarlıqla təsvir olunan və Şərq mədəniyyətinin zənginliyinin əyani göstəricisi kimi diqqəti cəlb edən nadir qədim və zəngin sənət nümunələrinə baxdı.

Sonra İki Müqəddəs Ocağın Xadimi, Kral Fəhd bin Əbdüləziz Al Səudun həyatı və fəaliyyəti barədə film göstərildi.

Mehriban Əliyeva İki Müqəddəs Ocağın - Məkkə və Mədinənin genişləndirilməsi və abadlaşdırılması ilə bağlı Muzey-Mərkəzin daxilində yaradılmış xüsusi kompleksə də baxdı, fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Birinci xanıma Muzey-Mərkəz barədə xatirə kitabı hədiyyə olundu.

11 mart 2005-ci il