Fransaya səfər
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2012-ci il aprelin 11-də Fransada səfərdə olub.
Parisdə “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisinin açılışı
Aprelin 11-də Parisin məşhur Salomon de Rotşild malikanəsində Heydər Əliyev Fondunun və “Baku” jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” mövzusunda sərginin açılışı olub.
Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Fransanın mədəniyyət və kommunikasiyalar naziri Fredirik Mitteran mərasimdə iştirak ediblər.
Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimi açaraq çıxış etdi.
Sonra Mehriban Əliyeva, Leyla Əliyeva və Fransanın mədəniyyət və kommunikasiyalar naziri Frederik Mitteran sərgi ilə tanış oldular.
Mehriban Əliyevanın adından “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisinin iştirakçılarının şərəfinə ziyafət
Aprelin 11-də Mehriban Əliyevanın adından Parisdə “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisində iştirak edən qonaqların şərəfinə ziyafət verilib.
Ziyafətdə Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış etdilər.
11 aprel 2012-ci il










