Məhəmməd Füzuli

Məhəmməd Füzulinin adı Azərbaycan tarixinə görkəmli şair, mütəfəkkir, tərcüməçi, Azərbaycan ədəbi dilinin yaradıcılarından biri kimi əbədi həkk olmuşdur. O, Nəsimidən sonra ana dilimizdə Azərbaycan şeirinin ən gözəl nümunələrini yaratmışdı.

Füzuli Bağdadın yaxınlığındakı Kərbəlada dünyaya gəlmiş və ömrü boyu vətən həsrəti ilə alışıb yanmışdır.

Füzuli əsərlərini üç dildə - Azərbaycan, ərəb və fars dillərində qələmə almışdır. “Bəngü-badə”, “Söhbətül-əsmar”, “Həfti-cam”, “Leyli və Məcnun” və s. kimi iri həcmli əsərləri, çoxlu qəzəlləri söz sənətinin ölməz abidələridir. O, doğma ədəbiyyatımızı vətəndən çox-çox uzaqlarda şöhrətləndirdi. Əsərləri hələ o zamanlar İstanbul, Təbriz, Daşkənd və s. kimi böyük şəhərlərdə dəfələrlə çap edilirdi.

Şərq poeziyasında Füzuli lirik şair, qəlb şairi, məhəbbət şairi kimi tanınır. Öz hekayələrində o, elmə olan marağını da göstərmişdir.

Füzuli maddi və mənəvi çətinliklər içərisində yaşamışdır. Türk sultanı Sultan Süleyman şairə ayda doqquz axca təqaüd təyin etmişsə də, süründürməçilik üzündən o bunu ala bilməmişdir. Bununla əlaqədar olaraq, şair, Sultan Süleymana müraciətlə “Şikayətnamə” əsərini yazır və burada feodal idarə üsulunu tənqid edərək deyir: “Salam verdim, rüşvət deyildir, deyə almadılar”.

Səsin sürəti

Sәs dalğalarla yayılır. Vibrasiya edәn әşya öz vibrasiyasını qonşu molekullara, yaxud hissәciklәrә ötürür.

Məhəmməd Füzuli

Məhəmməd Füzulinin adı Azərbaycan tarixinə görkəmli şair, mütəfəkkir, tərcüməçi, Azərbaycan ədəbi dilinin yaradıcılarından biri kimi əbədi həkk olmuşdur.

Fitnə

Bəhram şah mahir ovçu idi. Hər dəfə ovdan sonra öz şücaəti ilə öyünərdi. Şahın Fitnə adlı gözəl bir kənizi vardı. Bu kəniz heç vaxt Bəhram şahın ovçuluq məharətini tərifləməzdi.

Qızılgül

Qızılgüləm, qızılgül,
Məni sevər hər könül.
Yaşıldır incə belim,
Qızıldandır hər telim.

Göyqurşağı

Göyqurşağı təbiətin ən gözəl hadisələrindəndir. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi kimi əsas rənglərdən ibarətdir.

Böyük xeyriyyəçi

Hacı Zeynalabdin Tağıyevin atası başmaqçı idi. Bu peşəsi ilə pul qazanıb ailəsini dolandırırdı. 10 yaşına çatanda Zeynalabdin atasından xahiş elədi ki, onu bir işə qoysun.