Mehriban Əliyeva ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta ilə görüşüb

Oktyabrın 15-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Robert Sekuta ilə görüşüb.

Qonaqları Heydər Əliyev Fondunda salamlayan Mehriban Əliyeva Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında ikitərəfli əlaqələrdən danışıb. O, ölkəmizin müstəqilliyini bərpa edəndən sonra Amerika Birləşmiş Ştatları ilə bir çox sahələrdə, o cümlədən siyasi və iqtisadi sahələrdə uğurlu əməkdaşlıq etdiyini bildirib. Mehriban Əliyeva ölkələrimiz arasında əlaqələrdə neft-qaz sektorundakı əməkdaşlığı xüsusi qeyd edib.

Görüşdə ölkəmizdə regionun ən iri layihələrinin reallaşdırıldığı diqqətə çatdırılıb.

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin yeni missiya rəhbəri Mikaela Meredisin də iştirak etdiyi görüşdə bu layihələrin həm region, həm Avropa üçün əhəmiyyəti vurğulanıb.

Səsin sürəti

Sәs dalğalarla yayılır. Vibrasiya edәn әşya öz vibrasiyasını qonşu molekullara, yaxud hissәciklәrә ötürür.

Məhəmməd Füzuli

Məhəmməd Füzulinin adı Azərbaycan tarixinə görkəmli şair, mütəfəkkir, tərcüməçi, Azərbaycan ədəbi dilinin yaradıcılarından biri kimi əbədi həkk olmuşdur.

Fitnə

Bəhram şah mahir ovçu idi. Hər dəfə ovdan sonra öz şücaəti ilə öyünərdi. Şahın Fitnə adlı gözəl bir kənizi vardı. Bu kəniz heç vaxt Bəhram şahın ovçuluq məharətini tərifləməzdi.

Qızılgül

Qızılgüləm, qızılgül,
Məni sevər hər könül.
Yaşıldır incə belim,
Qızıldandır hər telim.

Göyqurşağı

Göyqurşağı təbiətin ən gözəl hadisələrindəndir. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi kimi əsas rənglərdən ibarətdir.

Böyük xeyriyyəçi

Hacı Zeynalabdin Tağıyevin atası başmaqçı idi. Bu peşəsi ilə pul qazanıb ailəsini dolandırırdı. 10 yaşına çatanda Zeynalabdin atasından xahiş elədi ki, onu bir işə qoysun.