İyunun 15-də Heydər Əliyev adına İdman Sarayında “Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində qadınlar arasında sərbəst güləş yarışları keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva final qarşılaşmasını izləyiblər.
Azərbaycan millisinin üzvü Mariya Stadnik bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Finalda o, bolqarıstanlı Elitsa Yankova ilə üz-üzə gəlib. Stadnik rəqibini 12:1 hesabı ilə məğlub edib.
Sonra qaliblərin mükafatlandırması mərasimi olub.
Qaliblərə medalları Mehriban Əliyeva təqdim edib.