Xalça

Xalça müxtəlif yun və ya ipək saplardan toxunur. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xalçalar çadırların, alaçıqların bəzədilməsindən başlayaraq, yaşayış evlərinin, sarayların və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilib.

Xalçaçılıq qədim sənət növüdür. Əcdadlarımız xalçaçılıqla çox qədim zamanlardan bəri məşğul olmağa başlayıblar.

Azərbaycanda hər bir əhəmiyyətli tarixi və ya hadisəni əks etdirmək üçün xüsusi xalça toxumaq ənənəsi də var idi. Məsələn, uşağın doğulması münasibətilə, qız və gəlinlərin cehizlikləri, toy yaxud yas mərasimləri, məscidlər üçün toxunan xalçalar.

Azərbaycanda xalça muzeyi yaradılıb və orada xalçaçılıq sənətinin nadir nümunələri toplanıb.