Heydər Əliyev Mükafatı
05.05.2009Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 5 may tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatı ilə təltif edilib.
2009-cu il mayın 10-da Bakıda “Buta” sarayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə təşkil olunmuş mərasimdə Heydər Əliyev Mükafatı Mehriban Əliyevaya təqdim edilib.






























