Türkiyəyə səfər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 2013-cü il noyabrın 11-13-də Türkiyədə səfərdə olublar.

Noyabrın 11-də Ankaranın “Esenboğa” hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

Rəsmi qarşılanma mərasimi

Noyabrın 12-də Türkiyə Respublikası Prezidentinin iqamətgahında – Çankaya köşkündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Türkiyə Prezidenti Abdullah Gül Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşıladı.

Türkiyə Respublikasının rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Abdullah Gülə təqdim edildi.

Prezidentlər və xanımları birgə xatirə şəkli çəkdirdilər.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın, Türkiyə Respublikasının Prezidenti Abdullah Gül və xanımı Hayrünnisə Gülün birgə görüşü oldu.

Azərbaycan və Türkiyə prezidentlərinin təltif edilməsi mərasimi

Noyabrın 12-də Çankaya köşkündə Azərbaycan və Türkiyə prezidentlərinin təltif edilməsi mərasimi olub.

Prezident İlham Əliyevin “Dövlət nişanı” ilə təltif olunmasına dair Türkiyə Nazirlər Kabinetinin qərarı və Prezident Abdullah Gülün “Heydər Əliyev” ordeni ilə təltif edilməsi barədə Azərbaycan Prezidentinin Sərəncamı oxundu.

Türkiyə Prezidenti “Dövlət nişanı”nı Prezident İlham Əliyevə, Azərbaycan Prezidenti “Heydər Əliyev” ordenini Türkiyə Prezidentinə təqdim etdi.

Sonda prezidentlər və xanımları xatirə şəkli çəkdirdilər.

Türkiyə Prezidentinin xanımı Hayrünnisə Gül ilə görüş

Noyabrın 12-də Çankaya köşkündə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə Türkiyə Prezidentinin xanımı Hayrünnisə Gül arasında görüş olub.

Mehriban Əliyeva, Hayrünnisə Gül və Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğanın xanımı Əminə Ərdoğan Çankaya köşkünü gəzərək buranı bəzəyən rəsm əsərlərinə baxdılar, daha sonra birlikdə nahar etdilər.

Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi nahar

Noyabrın 12-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və xanımı Hayrünnisə Gülün adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib.

Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan ilə görüş

Noyabrın 13-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan ilə görüşüb.

Əvvəlcə xatirə şəkli çəkdirən Mehriban Əliyeva və Əminə Ərdoğan daha sonra çay süfrəsi ətrafında söhbət etdilər.

Birgə nahar

Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan birgə nahar ediblər.

11-13 noyabr 2013-cü il