Avstriyaya səfər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 2013-cü il mayın 12-14-də Avstriyada səfərdə olublar.

Mayın 12-də Vyananın Şvexat Beynəlxalq Aeroportunda Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanı Avstriyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

Vyanada Üzeyir Hacıbəylinin abidəsini ziyarət

Mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Vyanadakı Dunay parkında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin abidəsini ziyarət ediblər.

Dunay parkında dünya mədəniyyətinin tanınmış simalarının abidələri ucaldılıb. Üzeyir Hacıbəylinin abidəsi 2006-cı ilin mayında açılıb.

Rəsmi qarşılanma mərasimi

Mayın 13-də Avstriya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Hofburq sarayında Avstriya Respublikasının Prezidenti Haynts Fişer və xanımı Margit Fişer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşıladılar.

Avstriyanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Haynts Fişerə təqdim olundu.

Prezidentlər və xanımları rəsmi foto çəkdirdilər.

Vyanada İmperiya Xəzinəsi, İspan Atçılıq Məktəbi və Müqəddəs Mixael Kilsəsi ilə tanışlıq

Mayın 13-də Mehriban Əliyeva Vyanada Hofburq saray kompleksində yerləşən İmperiya Xəzinəsi, Hofburq saray kompleksinin tərkibində yerləşən İspan Atçılıq Məktəbi və Vyananın mərkəzində yerləşən Müqəddəs Mixael Kilsəsi ilə tanış olub.

Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi lanç

Mayın 13-də Vyanada Avstriya Respublikasının Prezidenti Haynts Fişer və xanımı Margit Fişer tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi lanç verilib. 

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı

Mayın 13-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Prezident İlham Əliyev və Avstriya parlamentinin vitse-spikeri Frids Noyqebauer mərasimdə çıxış etdilər.

Prezident İlham Əliyev Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Sonda xatirə şəkli çəkdirildi.

12-14 may 2013-cü il