Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Avstriyada səfərdədirlər
12.05.2013Mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Vyananın Şvexat Beynəlxalq Aeroportunda Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanı Avstriyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.
Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu.

































