Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş təntənəli yubiley mərasiminə qatılıblar
10.05.2013Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.
Dövlət başçısı mərasimdə nitq söylədi.
Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirildi.
Mərasim konsert proqramı ilə davam etdi.


































