Bakıda Veloparkın açılışı olub
13.05.2015Mayın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı Arzu Əliyeva Veloparkın açılışında iştirak ediblər.
Dövlət başçısı və xanımı əvvəlcə Veloparkın baş planına baxıblar.
Ümumi sahəsi 30 hektardan çox olan Veloparkın ərazisində Avropa Oyunlarında istifadə olunacaq BMX veloparkı da inşa edilib. Burada maneəli yarış meydançası qurulub. BMX veloparkında 1197 tamaşaçı yeri var. Burada yüksək səviyyəli qonaqlar, idmançılar, əlil tamaşaçılar və mətbuat nümayəndələri üçün xüsusi yerlər nəzərdə tutulub. Veloparkın ərazisində tikilən ikimərtəbəli ofis binasında qeydiyyat mərkəzi, iş, dopinq nəzarət, dopinq analizgötürmə otaqları, 25 yerlik iclas zalı və digər yardımçı otaqlar var. Ərazidə VİP, olimpiya ailəsi, beynəlxalq federasiya və rəsmi nümayəndələr üçün avto dayanacaq, qeydiyyat, fərdi yerləşdirmə və digər xidmət sahələri də mövcuddur.
Veloparkla tanışlıqdan sonra dövlət başçısı və xanımı “Synergy Baku Cycling Project” velosiped komandasının üzvləri ilə görüşüblər.
Sonda xatirə şəkli çəkdirilib.