Türkiyəyə səfər

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 2023-cü il aprelin 29-da Türkiyə Respublikasında səfərdə olub.

“TEKNOFEST” festivalında iştirak

Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qardaş ölkənin texnoloji inkişafının daha bir göstəricisi olan “Togg” avtomobili ilə festivalın keçirildiyi məkana gəliblər.

Yolboyu düzülən festival iştirakçıları prezidentləri, birinci xanımları gül-çiçək dəstələri və sürəkli alqışlarla qarşılayıblar.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

Azərbaycan və Türkiyə prezidentləri birgə nahar ediblər

Aprelin 29-da İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan ilə birgə nahar ediblər.

29 aprel 2023-cü il