Litvaya səfər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Litva Respublikasına rəsmi səfər edib.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Litvanın ətraf mühit naziri Simonas Gentvilas və digər rəsmi şəxslər qarşılayıblar.

Vilnüsdə rəsmi qarşılanma mərasimi

Mayın 22-də Vilnüsdəki Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xatirə kitabını imzalayıblar.

Litvanın birinci xanımı ilə görüş

Mayın 22-də Vilnüsdə Mehriban Əliyevanın Litva Respublikasının birinci xanımı Diana Nausediene ilə görüşü olub.

Litva Milli Kitabxanası ilə tanışlıq 

Mayın 22-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və Litva Respublikasının birinci xanımı Diana Nausediene Martyunas Mazvyudas adına Litva Milli Kitabxanası ilə tanış olublar.

Mehriban Əliyevaya kitabxananın fəaliyyəti barədə məlumat verilib.

Mehriban Əliyevanın adından kitabxanaya Azərbaycanın mədəniyyəti, incəsənəti, tarixi, həmçinin Qarabağ və Şuşa haqqında kitablar hədiyyə edilib.

Vilnüsdə rəsmi lanç

Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə Litva Respublikasının Prezidenti Gitanas Nauseda və xanımı Diana Nausediene tərəfindən rəsmi lanç verilib.

Litvanın müstəqilliyi uğrunda mübarizədə həlak olanların xatirəsinə ucaldılan abidəni ziyarət

Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vilnüsdə Litva Respublikasının müstəqilliyi uğrunda mübarizədə həlak olanların xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.

Vilnüs Qədim şəhərində gəzinti

Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vilnüs Qədim şəhərini gəziblər.

Dövlətimizin başçısına və birinci xanıma Vilnüs Qədim şəhərinin tarixi haqqında məlumat verilib.

21-22 may 2023-cü il