AZ
EN РУ
  • BİOQRAFİYA
    • Mükafatlar

    • Məqalələr
  • FƏALİYYƏT
    • Tədbirlər
    • Çıxışlar

    • Görüşlər
    • Müsahibələr

    • Səfərlər
  • QALEREYA
    • Foto
      • Portret
      • Ailə
      • Anlar
    • Video
​

İtaliya Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati ilə görüş

18.10.2018

Oktyabrın 18-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati ilə görüşüb.

Görüş Dənizkənarı Milli Parkın ərazisində yenidən qurulan Azərbaycanın “Milan Ekspo 2015” Ümumdünya sərgisindəki milli pavilyonunda keçirilib.

Mehriban Əliyeva Maria Elisabetta Alberti Kasellatini Bakıda görməkdən şad olduğunu bildirib. Qonağın İtaliya Senatının sədri kimi ölkəmizə ilk dəfə səfər etdiyini qeyd edib, bu səfərin ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Azərbaycan ilə İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, əlaqələrimizin bir çox sahələri əhatə etdiyini vurğulayıb.

“Əminəm ki, Bakıya səfəriniz çərçivəsində keçirəcəyiniz görüşlər gələcəkdə ölkələrimiz arasındakı potensialdan daha səmərəli istifadə etməyə imkan yaradacaq”, - deyən Mehriban Əliyeva Maria Elisabetta Alberti Kasellatinin Azərbaycana səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu vurğulayıb.

Qonaqpərvərliyə görə təşəkkürünü bildirən İtaliya Senatının sədri bu səfərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə şərait yaradacağını söyləyib. İtaliya Senatının sədri kimi ölkəmizə ilk dəfə gəldiyini bir daha qeyd edən qonaq müxtəlif sahələrdə qurulan əlaqələrdən məmnunluğunu ifadə edib. Maria Elisabetta Alberti Kasellati Azərbaycana səfərinin xüsusilə siyasi, sosial və mədəni sahələrdə əlaqələrin inkişafına kömək edəcəyini diqqətə çatdırıb. “Sizin İtaliyaya marağınız və sevginiz bizi qürurlandırır”, - deyən qonaq Mehriban Əliyevanın həm Birinci vitse-prezident, həm də Heydər Əliyev Fondunun rəhbəri kimi fəaliyyətini yüksək dəyərləndirib.

Görüş çay süfrəsi arxasında davam etdirilib. Sonra Mehriban Əliyeva və Maria Elisabetta Alberti Kasellati “Milan Ekspo 2015” Ümumdünya sərgisində nümayiş etdirilən milli pavilyonumuza baxıblar.

“Azərbaycan: biomüxtəlifliyin xəzinəsi” adlandırılan dördmərtəbəli milli pavilyonda ölkəmizin mətbəxini, musiqisini və mədəniyyətini təbliğ edən instalyasiyalar quraşdırılıb, müxtəlif iaşə xidməti göstərmək üçün binada müvafiq şərait yaradılıb. Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan ilk dəfə “Milan Ekspo 2015” Ümumdünya sərgisində milli pavilyonla iştirak edib. Bu layihə Azərbaycanın tarixinin və mədəni irsinin, ölkənin zəngin ekoloji, enerji potensialının və nadir biomüxtəlifliyinin beynəlxalq miqyasda tanıdılması istiqamətində böyük rol oynayıb. 2015-ci il mayın 31-dən oktyabrın 31-dək davam edən “Milan Ekspo” sərgisində pavilyonumuzda 3 milyon 250 mindən çox izləyici olub. Xarici mətbuat, o cümlədən İtaliyanın aparıcı kütləvi informasiya vasitələri milli pavilyonun tikinti və dizayn işlərinin yekunlaşdırılmasına görə Azərbaycanın lider olduğunu qeyd ediblər və milli pavilyonumuz “Milan Ekspo” sərgisinin incisi adlandırılıb. Sərginin keçirildiyi müddətdə Azərbaycanın milli pavilyonu “Milan Ekspo 2015”in Təşkilat Komitəsi tərəfindən “Dizayn və materiallar” nominasiyası üzrə qalib elan olunub. Azərbaycanın milli pavilyonu Şimal və Cənub, Şərq və Qərb arasında körpü rolunu oynayan, qədim tarixi, zəngin mədəniyyəti ilə seçilən ölkəmizin bənzərsiz təbii və mədəni xəzinəsini əks etdirir. Milli pavilyonla tanışlıqdan məmnunluğunu bildirən İtaliya Senatının sədri onun şəhərimizə xüsusi gözəllik verdiyini vurğulayıb.

Foto

Video

03:02
  • Tədbirlər
  • Görüşlər
  • Səfərlər
  • Çıxışlar
  • Müsahibələr
24.11.2019
Birinci vitse-prezident Mehriban Əliyeva 8-ci Moskva Beynəlxalq Müasir İncəsənət Bienallesi ilə tanış olub
23.11.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edib
23.11.2019
Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yenidən qurulan “Azərbaycan” pavilyonunun açılış mərasimi olub
31.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Bakıdakı Autizm sindromlu uşaqlar üçün reabilitasiya Mərkəzini ziyarət edib
31.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Nərimanov rayonundakı 64 saylı körpələr evi-uşaq bağçasında olub
31.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Pirşağıdakı 10 saylı internat məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
22.11.2019
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüş
21.11.2019
Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüş
31.10.2019
Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüş
25.10.2019
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının xanımları Heydər Əliyev Mərkəzində olublar
01.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva məşhur müğənni və bəstəkar Sami Yusufa Azərbaycan Prezidentinin fəxri diplomunu təqdim edib
29.07.2019
Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merlə görüş
20-25 noyabr 2019-cu il
Rusiyaya səfər
11-12 mart 2019-cu il
Fransaya səfər
22 yanvar 2019-cu il
İsveçrəyə səfər
25-26 sentyabr 2018-ci il
İtaliyaya səfər
18 may 2018-ci il
Fransaya səfər
26 dekabr 2017-ci il
Rusiyaya səfər
23.11.2019
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu
23.11.2019
Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yenidən qurulan “Azərbaycan” pavilyonunun açılış mərasimi olub
25.10.2019
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının xanımları Heydər Əliyev Mərkəzində olublar
26.08.2019
Heydər Əliyev Mərkəzində bir qrup məcburi köçkünün iştirakı ilə tədbir keçirilib
30.06.2019
UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası
24.06.2019
Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu
24.11.2019
Birinci vitse-prezident Mehriban Əliyeva TASS agentliyinə, “Rossiya 24” telekanalına və “Rossiyskaya qazeta”ya müsahibə verib
27.02.2017
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Rossiya 24” telekanalına müsahibə verib
26.02.2017
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Rossiya 1” telekanalına müsahibə verib
11.04.2015
TASS agentliyinə müsahibə
11.04.2015
“Rossiya-24” kanalına müsahibə
26.08.2014
“Baku” jurnalına müsahibə
Müəllif hüquqları qorunur © 2015