AZ
EN РУ
  • BİOQRAFİYA
    • Mükafatlar

    • Məqalələr
  • FƏALİYYƏT
    • Tədbirlər
    • Çıxışlar

    • Görüşlər
    • Müsahibələr

    • Səfərlər
  • QALEREYA
    • Foto
      • Portret
      • Ailə
      • Anlar
    • Video
​

Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüş

02.11.2017

Noyabrın 2-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransa Respublikası Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Mehriban Əliyeva Pyer Alen Rafanı Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Milli Məclisin deputatı olduğu zaman Azərbaycan-Fransa dostluq qrupuna rəhbərlik etdiyini deyən Mehriban Əliyeva qrupun fəaliyyətinin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə təkan verdiyini bildirib. “İnanıram ki, gələcək fəaliyyət nəticəsində əlaqələrimizdə olan potensialdan daha yaxşı istifadə ediləcək”, – deyən Mehriban Əliyeva qeyd edib ki, bu, əlaqələrimizin daha da möhkəmlənməsinə səbəb olacaq.

Bu il Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyi vurğulanıb və ötən illər ərzində ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Fransa ilə münasibətlərdə bütün sahələrə önəm verir. Mehriban Əliyeva ölkələrimizin prioritetləri sırasında humanitar sahəni xüsusi vurğulayaraq son illər bu sahədə böyük uğurların əldə edildiyini bildirib. Təhsil sahəsindəki əməkdaşlığa toxunulub və bu istiqamətdə ölkələrimiz arasında reallaşdırılan iri layihələrdən danışılıb. Qeyd edilib ki, ölkəmizdə Fransız liseyi, Fransız-Azərbaycan Universiteti fəaliyyət göstərir və bu, həm Azərbaycanın təhsil sisteminin, həm də ikitərəfli əlaqələrin inkişafına xidmət edir.

Son illər Fransanın və Azərbaycanın müxtəlif şəhərləri arasında yaxşı əməkdaşlığın qurulduğunu, şəhərlərin qardaşlaşması haqqında sazişlərin imzalandığını xatırladan Mehriban Əliyeva bu istiqamətdə ilk addımların mədəniyyət sahəsində atıldığını, həyata keçirilən layihələrin Fransanın regionlarında ölkəmizi tanıtmaq məqsədi daşıdığını bildirib. Bu sahədə atılan addımların iqtisadi əlaqələrə də müsbət təsir göstərdiyini yaxşı hal kimi dəyərləndirib. Mehriban Əliyeva bir çox sahələrdə uğurlu əməkdaşlığın qurulduğunu qeyd edib və eyni zamanda, potensialın da böyük olduğunu vurğulayıb. Ümidvar olduğunu bildirib ki, bu potensialdan istifadə edilərək ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətləri daha da möhkəmlənəcək. Pyer Alen Rafanın ölkəmizə ilk səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirən Mehriban Əliyeva ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan bu vəzifədə fəaliyyəti dövründə ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün səylə çalışacağını bildirib.

Foto

Video

02:12
  • Tədbirlər
  • Görüşlər
  • Səfərlər
  • Çıxışlar
  • Müsahibələr
30.03.2018
Birinci vitse-prezident Mehriban Əliyeva Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak edib
27.03.2018
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bona Dea Beynəlxalq Hospitalının açılışında iştirak ediblər
19.03.2018
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak ediblər
15.03.2018
VI Qlobal Bakı Forumu işə başlayıb
09.03.2018
Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub
06.03.2018
Birinci vitse-prezident Mehriban Əliyeva Səbail rayonunda əsaslı surətdə yenidən qurulan 157 nömrəli uşaq bağçasının açılışında iştirak edib
13.04.2018
Gənc ixtiraçılarla görüş
28.03.2018
İran Prezidentinin qadın və ailə məsələləri üzrə müavini Məsumə İbtikar ilə görüş
20.03.2018
Diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüş
15.03.2018
ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti ilə görüş
15.03.2018
İtaliya Senatının vitse-prezidenti Linda Lanzilotta ilə görüş
15.03.2018
Türkiyənin Baş naziri Binəli Yıldırım ilə görüş
26 dekabr 2017-ci il
Rusiyaya səfər
14 noyabr 2017-ci il
Fransaya səfər
17-20 sentyabr 2017-ci il
Amerika Birləşmiş Ştatlarına səfər
14-15 mart 2017-ci il
Fransaya səfər
16-19 fevral 2017-ci il
Almaniyaya səfər
5 fevral 2016-cı il
Belçikaya səfər
05.04.2018
Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin şərəfinə ziyafət
30.03.2018
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin açılış mərasimi
20.03.2018
Diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüş
15.03.2018
VI Qlobal Bakı Forumu
26.12.2017
Müqəddəs Mələksima Knyaginya Olqa ordeninin təqdim edilməsi mərasimi
14.11.2017
Parisdə Bakının “Expo 2025” Sərgisinə namizəd şəhər olması şərəfinə qəbul
27.02.2017
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Rossiya 24” telekanalına müsahibə verib
26.02.2017
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Rossiya 1” telekanalına müsahibə verib
11.04.2015
TASS agentliyinə müsahibə
11.04.2015
“Rossiya-24” kanalına müsahibə
26.08.2014
“Baku” jurnalına müsahibə
08.05.2014
“Milli Məclis” jurnalına müsahibə
Müəllif hüquqları qorunur © 2015