YAP Pirallahı Rayon Təşkilatının yeni inzibati binasının açılışı olub

Avqustun 7-də YAP Pirallahı Rayon Təşkilatının yeni inzibati binasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatı üçün ikimərtəbəli müasir bina inşa olunub. Burada partiya təmsilçilərinin səmərəli fəaliyyəti üçün hərtərəfli imkanlar yaradılıb.