Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan rayonuna səfər ediblər
07.05.2019Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan rayonuna səfərə gəliblər.
Dövlətimizin başçısı və birinci xanım ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Dövlətimizin başçısına və birinci xanıma rayonda görülən işlər barədə məlumat verilib.
Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.