Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində iştirak ediblər

Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı əvvəlcə Lahıc qəsəbəsinin sakinləri ilə görüşüblər.

Dövlətimizin başçısı görüşdə çıxış edib.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lahıc qəsəbəsinə təbii qazın verilməsinin rəmzi olan məşəli alovlandırıblar.

Daha sonra dövlətimizin başçısı və birinci xanım Lahıc icma evində yaradılan şəraitlə tanış olublar.

Lahıc qəsəbəsini gəzən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva buradakı sənətkarlıq emalatxanalarında olublar, sakinlərlə görüşüb söhbət ediblər, xatirə şəkilləri çəkdiriblər.