Angelina Vovk: “Mehriban Əliyeva ən yüksək ehtirama və hörmətə layiqdir”
08.09.2015Rusiyanın əfsanəvi televiziya aparıcısı Angelina Vovk “Moskva-Baku” portalına müsahibəsində Azərbaycanın birinci xanımı,Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə görüşü barədə xatirələrini bölüşüb.
O, deyib: “Pyotr Şeremetyev (Parisdəki Rusiya Musiqi Cəmiyyətinin sədri, S.Raxmaninov adına Paris Rus Konservatoriyasının rektoru – red.) və mən Mehriban Əliyevaya UNESCO-nun xoşməramlı səfiri kimi “Yaqut Xaç” ordenini təqdim etdik. Mehriban xanım bu yüksək ictimai təltifə fəal xeyriyyəçilik fəaliyyətinə və öz ölkəsinə göstərdiyi xidmətlərə görə layiq görülüb. Təltifetmə mərasimi yüksək səviyyədə keçdi. Mehriban Əliyeva öz gözəlliyi, ziyalılığı və nəcabətinə görə ən yüksək ehtirama və hörmətə layiqdir. Yeri gəlmişkən, Mehriban Əliyeva bu mükafatı alan ilk qadındır”.