Türkiyəyə səfər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 2006-cı il noyabrın 16-20-də Türkiyədə səfərdə olublar.
Antalya şəhərinin hava limanında dövlət başçısı və xanımını Türkiyənin dövlət naziri Mehmet Aydın, digər dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Türkiyə Prezidentinin xanımı Səmra Sezər ilə görüş
Noyabrın 17-də Mehriban Əliyeva “Divan Palya” otelində Türkiyə Prezidenti Əhməd Necdət Sezərin xanımı Səmra Sezərlə görüşüb.
Görüşdə iki ölkə arasında səmimi münasibətlərin ardıcıl olaraq möhkəmləndiyi, ikitərəfli əməkdaşlığın bütün sahələrdə genişləndiyi və dərinləşdiyi vurğulanıb.
Side qədim yaşayış məntəqəsi ilə tanışlıq
Noyabrın 17-də Mehriban Əliyeva Türkiyə Prezidenti Əhməd Necdət Sezərin xanımı Səmra Sezərlə birlikdə Side qədim yaşayış məntəqəsində olub.
Mehriban Əliyevaya Antalya şəhərindən təxminən 100 kilometr məsafədə yerləşən Side yaşayış məntəqəsindəki qədim dövrə aid maddi mədəniyyət abidələri barədə məlumat verilib. Birinci xanım əfsanəvi Heraklın heykəlinə tamaşa edib, eramızdan əvvəl I-II əsrlərə aid edilən “Aspendos” teatrına baxıb.
Mehriban Əliyevanın şərəfinə ziyafət
Noyabrın 17-də Türkiyə Prezidentinin xanımı Səmra Sezərin adından Mehriban Əliyevanın şərəfinə ziyafət verilib.
16-20 noyabr 2006-cı il