Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən boks üzrə XVI dünya çempionatının final mərhələsini izləyiblər
08.10.2011Bakıda keçirilən boks üzrə XVI dünya çempionatı oktyabrın 8-də başa çatmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Beynəlxalq Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vu Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən çempionatın final mərhələsinin qarşılaşmalarını izləmişlər.
Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev qalib idmançılara medalları təqdim etdi.
Azərbaycan boksçusunun qələbəsinin şərəfinə dövlət himni səsləndi.
Sonda xatirə şəkli çəkdirildi.