ISESCO-nun Xoşməramlı səfiri
23.11.2006Mehriban Əliyeva sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə ISESCO-nun (İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət təşkilatı) Xoşməramlı səfiri adına layiq görülüb.
2006-cı il noyabrın 23-də Heydər Əliyev Fondunda Mehriban Əliyevaya Xoşməramlı səfir adının təqdim edilməsi mərasimi keçirilib.