Fitnə

Bəhram şah mahir ovçu idi. Hər dəfə ovdan sonra öz şücaəti ilə öyünərdi. Şahın Fitnə adlı gözəl bir kənizi vardı. Bu kəniz heç vaxt Bəhram şahın ovçuluq məharətini tərifləməzdi. Səbəbini soruşanda isə deyərdi:

– Bu ki məharət deyil, vərdişdir. O qədər ov etmisən ki, artıq quşu gözündən vurmağa öyrəşmisən.

Axırda Bəhram şah kənizə qəzəbləndi, sərkərdəni çağırıb əmr etdi ki, Fitnənin boynunu vursun. Sərkərdə “baş üstə” deyib getdi. Amma yolda fikrini dəyişdi. Öz-özünə dedi: “Bəhram şah Fitnənin xətrini çox istəyir. İndi ona qəzəblidir deyə belə hökm verdi. Hirsi soyuyandan sonra peşman olacaq”. Odur ki sərkərdə kənizi öz evinə gətirdi.

Bu, üçmərtəbəli gözəl bir imarət idi. Fitnə orada yaşamağa başladı.

Sərkərdənin çoxlu mal-qarası var idi. Bir gün naxırdakı inəklərdən biri balaladı. Təpəl - heyvanın alnında ağ ləkə -   buzov Fitnənin çox xoşuna gəldi. O hər gün buzovu boynuna alıb əzizləyə-əzizləyə yuxarı qaldırır, eyvanda yedizdirir, sonra aşağı düşürürdü. Artıq buzov da Fitnəyə isinişmişdi. O, gündən-günə böyüyür, kökəlir və ağırlaşırdı. Buzov ağırlaşdıqca sanki Fitnəyə də yeni güc gəlirdi.

Sərkərdə kənizin niyyətini başa düşmüşdü. Bir gün o, Bəhram şahı evinə qonaq çağırdı. Onlar yeyib-içəndən sonra sərkərdə şaha dedi:

– İmarətimdə gözəl bir qız yaşayır. Hər gün yekə bir öküzü boynunda bu eyvana çıxarır. Özü də birnəfəsə. Heç dincini də almır.

Bəhram şah bu sözlərə inanmadı. Sərkərdə qulluqçu ilə Fitnəyə xəbər göndərdi ki, öküzü yuxarı qaldırsın. Fitnə üzünə rübənd saldı.

Öküzü boynuna alıb düz eyvana qaldırdı.

Bəhram şah dedi:

– Bu sənin güclü olmağından xəbər vermir. Görünür, bu öküz balaca olandan sən bu işə vərdiş eləmisən.

Fitnə dedi:

– Çox qəribədir, deməli, öküzü qaldırmaq vərdişdəndir, amma ov ovlamaq məharətdən?

Bunu deyib qız rübəndi (qadınlarda üz örtüyü) üzündən götürdü. Bəhram Fitnəni tanıdı. Onu bağrına basdı. Sarayına gətirib Fitnə ilə ailə qurdu. Sərkərdəyə isə qiymətli hədiyyələr bağışladı.

Nizami Gəncəvinin
“Yeddi gözəl” poeması əsasında

Səsin sürəti

Sәs dalğalarla yayılır. Vibrasiya edәn әşya öz vibrasiyasını qonşu molekullara, yaxud hissәciklәrә ötürür.

Məhəmməd Füzuli

Məhəmməd Füzulinin adı Azərbaycan tarixinə görkəmli şair, mütəfəkkir, tərcüməçi, Azərbaycan ədəbi dilinin yaradıcılarından biri kimi əbədi həkk olmuşdur.

Fitnə

Bəhram şah mahir ovçu idi. Hər dəfə ovdan sonra öz şücaəti ilə öyünərdi. Şahın Fitnə adlı gözəl bir kənizi vardı. Bu kəniz heç vaxt Bəhram şahın ovçuluq məharətini tərifləməzdi.

Qızılgül

Qızılgüləm, qızılgül,
Məni sevər hər könül.
Yaşıldır incə belim,
Qızıldandır hər telim.

Göyqurşağı

Göyqurşağı təbiətin ən gözəl hadisələrindəndir. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi kimi əsas rənglərdən ibarətdir.

Böyük xeyriyyəçi

Hacı Zeynalabdin Tağıyevin atası başmaqçı idi. Bu peşəsi ilə pul qazanıb ailəsini dolandırırdı. 10 yaşına çatanda Zeynalabdin atasından xahiş elədi ki, onu bir işə qoysun.