Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dünya Humanitar Sammitində iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə gəliblər.
İstanbulun Atatürk Beynəlxalq hava limanında dövlətimizin başçısını və xanımını Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.