Göyqurşağı təbiətin ən gözəl hadisələrindəndir. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi kimi əsas rənglərdən ibarətdir. Rənglər qövs və ya çevrə şəklində olan göyqurşağının ən aşağı pilləsində bənövşəyi, ən yuxarı pilləsində isə qırmızı olmaqla sıralanır.
Günəş şüası su damcılarının içindən keçdikdə bu rənglər yaranır. Yəni, göyqurşağı yağış damlalarından keçən ağ işığın parçalanması nəticəsində yaranan rəngbərəng şüalardır.
Göyqurşağı yalnız leysan vaxtı yaranır. Yəni, onun əmələ gəlməsi üçün eyni zamanda həm şıdırğı yağış, həm də gün şüaları olmalıdır. Onu görmək üçün mütləq Günəşlə (o arxada olmalıdır) yağışın (o isə sənin qarşında olmalıdır) arasında durmaq lazımdır. Başqa halda göyqurşağı görünməz.
Göyqurşağını ya səhər tezdən, ya da axşamtərəfi görmək olur.