Böyük xeyriyyəçi

Hacı Zeynalabdin Tağıyevin atası başmaqçı idi. Bu peşəsi ilə pul qazanıb ailəsini dolandırırdı. 10 yaşına çatanda Zeynalabdin atasından xahiş elədi ki, onu bir işə qoysun. Atası onu bir bənnanın yanına şagird qoydu. Balaca Zeynalabdin bənna üçün palçıq daşıyır və hər gün 6 qəpik pul qazanırdı.12 yaşına çatanda o artıq daş yonurdu, 15 yaşında bənnalıq etməyə başladı.

Neft işi ilə məşğul olduqdan sonra ölkəsinin ən varlı insanlarından birinə - milyonçu Tağıyevə çevrildi. Amma o, yoxsulları, yetim və acları unutmadı. Çox sayda imkansız uşağın təhsil haqqını verib, onları oxutdu. Məktəblərə yardım etdi. Bakıda ilk sənət məktəbini açdı. Qubadan Bakıya su kəməri çəkdirdi. Mərdəkanda elektriklə işləyən dəyirman tikdirdi. Bu, Hacı Zeynalabdin Tağıyevin millətimiz üçün gördüyü işlərin yalnız bir qismidir. Onun Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri qızları təhsilə cəlb etməsidir. 

Səsin sürəti

Sәs dalğalarla yayılır. Vibrasiya edәn әşya öz vibrasiyasını qonşu molekullara, yaxud hissәciklәrә ötürür.

Məhəmməd Füzuli

Məhəmməd Füzulinin adı Azərbaycan tarixinə görkəmli şair, mütəfəkkir, tərcüməçi, Azərbaycan ədəbi dilinin yaradıcılarından biri kimi əbədi həkk olmuşdur.

Fitnə

Bəhram şah mahir ovçu idi. Hər dəfə ovdan sonra öz şücaəti ilə öyünərdi. Şahın Fitnə adlı gözəl bir kənizi vardı. Bu kəniz heç vaxt Bəhram şahın ovçuluq məharətini tərifləməzdi.

Qızılgül

Qızılgüləm, qızılgül,
Məni sevər hər könül.
Yaşıldır incə belim,
Qızıldandır hər telim.

Göyqurşağı

Göyqurşağı təbiətin ən gözəl hadisələrindəndir. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi kimi əsas rənglərdən ibarətdir.

Böyük xeyriyyəçi

Hacı Zeynalabdin Tağıyevin atası başmaqçı idi. Bu peşəsi ilə pul qazanıb ailəsini dolandırırdı. 10 yaşına çatanda Zeynalabdin atasından xahiş elədi ki, onu bir işə qoysun.