Qobustan Bakı şəhərinin yaxınlığında yerləşir. Onun yaşı 15 min ildən çoxdur. Qobustan qayalarında çəkilən rəsmlərdə əcdadlarımızın həyatı, gün-güzəranı və düşüncələri əks olunmuşdur. Bir-birinin əlindən tutub yallı gedən insan rəsmləri daha çox diqqəti cəlb edir. Yallı birliyimizin simvoludur. Əcdadlarımız bununla demək istəyirdilər ki, əl-ələ versək, heç kim bizə qalib gələ bilməz.
Qobustan qayalarına çəkilmiş rəsmlər bizə qədim tariximiz haqqında çoxlu məlumat verir.
Qobustanın daha bir möcüzəsi qavaldaşdır.
Qobustan qayaları yalnız daşların üstünə çəkilmiş rəsmlərlə məşhur deyil. Burada həm də çoxlu mağara tapılmışdır. Həmin mağaralar əcdadlarımızın ilk yaşayış məskənləri olmuşdur.
Qeyd: 2007-ci ildə Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.