Materiklər

Yer səthinin çox hissəsini su tutur. Bu nəhəng su sahəsinə Dünya okeanı deyirlər. Dünya okeanında böyük quru parçaları - materiklər və daha kiçik quru parçaları olan adalar yerləşir.

Materiklər hər tərəfdən okean suları ilə əhatə olunmuşdur. Altı materik var: Avrasiya, Afrika, Şimali Amerika, Cənubi Amerika, Avstraliya və Antarktida.

Avrasiya ən böyük materikdir. Ən kiçik materik isə Avstraliyadır. Adaların sahəsi materiklərlə müqayisədə çox kiçikdir.

Ekvator xətti Yer kürəsini iki bərabər hissəyə bölür. Ekvator sözünün mənası «tənbölən» deməkdir. Ekvatordan yuxarı hissədə quru sahələr daha çoxdur. Çünki Avrasiya və Şimali Amerika materikləri, Afrika materikinin çox hissəsi, Cənubi Amerika materikinin bir hissəsi ekvatordan yuxarıda yerləşir. Yerindən asılı olaraq materiklərin üzərinə düşən günəş enerjisi eyni deyil. Onları əhatə edən okeanlar da müxtəlif xüsusiyyətlərə malikdir. Bütün bunlar materiklərin bitki və heyvanlar aləminə böyük təsir göstərir.

Ən isti ərazilər Afrika materikindədir.

İl ərzində ən çox yağıntı düşən ərazilər Cənubi Amerikadadır. Burada qalın meşələr var. Avstraliya isə quru iqlimə malikdir. Avstraliyada elə heyvanlar yaşayır ki, digər materiklərdə bu heyvanlara rast gəlmək olmur. Kenquru, vəhşi it dinqo və ördəkburun kimi maraqlı heyvanların vətənidir.

Ən soyuq materik Antarktidadır. Qar və buzla örtülmüş bu materik pinqvinlərin vətənidir.

Səsin sürəti

Sәs dalğalarla yayılır. Vibrasiya edәn әşya öz vibrasiyasını qonşu molekullara, yaxud hissәciklәrә ötürür.

Məhəmməd Füzuli

Məhəmməd Füzulinin adı Azərbaycan tarixinə görkəmli şair, mütəfəkkir, tərcüməçi, Azərbaycan ədəbi dilinin yaradıcılarından biri kimi əbədi həkk olmuşdur.

Fitnə

Bəhram şah mahir ovçu idi. Hər dəfə ovdan sonra öz şücaəti ilə öyünərdi. Şahın Fitnə adlı gözəl bir kənizi vardı. Bu kəniz heç vaxt Bəhram şahın ovçuluq məharətini tərifləməzdi.

Qızılgül

Qızılgüləm, qızılgül,
Məni sevər hər könül.
Yaşıldır incə belim,
Qızıldandır hər telim.

Göyqurşağı

Göyqurşağı təbiətin ən gözəl hadisələrindəndir. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi kimi əsas rənglərdən ibarətdir.

Böyük xeyriyyəçi

Hacı Zeynalabdin Tağıyevin atası başmaqçı idi. Bu peşəsi ilə pul qazanıb ailəsini dolandırırdı. 10 yaşına çatanda Zeynalabdin atasından xahiş elədi ki, onu bir işə qoysun.