Fəsillər

Fəsillər dəyişdikcə gah gecələr, gah da gündüzlər uzanır. Payızda və qışda gecələr uzun olur. Yazda və yayda isə gündüzlər uzun olur.

Qışdan sonra yaz gəlir. Havalar tədricən qızır. Təbiət yavaş-yavaş canlanır. İnsanlar palto və kürkləri çıxarırlar. Xalqımız bahar fəslini çox sevir. Novruz bayramı baharın gəlişi şərəfinə qeyd edilir.

Yazı yay əvəz edir. Yay ilin ən isti fəslidir. Yayda məktəblər bağlanır. Şagirdlər tətilə buraxılırlar. Yayı uşaqların istirahət fəsli də adlandırmaq olar.

Yurdumuzun payızı da gözəl olur. Payızda havalar sərinləşir. Meyvələr yetişir, yarpaqlar tökülür. Ağaclar soyunur, insanlar isə isti geyimlərə keçirlər.

Qış ən soyuq fəsildir. Biz qış fəslini də xoşlayırıq. Çünki qışda çox sevdiyimiz qar yağır. Qışda torpaq dincəlir. Bir çox heyvanlar qış yuxusuna gedir.

İlin fəsilləri hər yerdə nəzərəçarpacaq dərəcədə hiss edilmir. Yerin elə guşələri var ki, orada həmişə isti, ya da əksinə, həmişə soyuq olur. Məsələn, cənub qütbündə Antarktidada buz və qar heç vaxt ərimir. Şimal qütbündə də onun kimi. Ancaq isti Afrikada insanlar qarın nə olduğunu bilmirlər. Haradasa aramsız leysan yağışlar yağır, səhralara isə yağıntı demək olar ki, düşmür.

Səsin sürəti

Sәs dalğalarla yayılır. Vibrasiya edәn әşya öz vibrasiyasını qonşu molekullara, yaxud hissәciklәrә ötürür.

Məhəmməd Füzuli

Məhəmməd Füzulinin adı Azərbaycan tarixinə görkəmli şair, mütəfəkkir, tərcüməçi, Azərbaycan ədəbi dilinin yaradıcılarından biri kimi əbədi həkk olmuşdur.

Fitnə

Bəhram şah mahir ovçu idi. Hər dəfə ovdan sonra öz şücaəti ilə öyünərdi. Şahın Fitnə adlı gözəl bir kənizi vardı. Bu kəniz heç vaxt Bəhram şahın ovçuluq məharətini tərifləməzdi.

Qızılgül

Qızılgüləm, qızılgül,
Məni sevər hər könül.
Yaşıldır incə belim,
Qızıldandır hər telim.

Göyqurşağı

Göyqurşağı təbiətin ən gözəl hadisələrindəndir. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi kimi əsas rənglərdən ibarətdir.

Böyük xeyriyyəçi

Hacı Zeynalabdin Tağıyevin atası başmaqçı idi. Bu peşəsi ilə pul qazanıb ailəsini dolandırırdı. 10 yaşına çatanda Zeynalabdin atasından xahiş elədi ki, onu bir işə qoysun.