Şəhidlər xiyabanı

Şəhidlər xiyabanı - Bakının Səbail rayonunda inzibati ərazi, vətənin azadlığı yolunda qəhrəmancasına həlak olanların dəfn edildiyi xiyabandır.

Burada 1918-ci ildə Bakının bolşevik-daşnak işğalından azad olunması uğrunda gedən döyüşlərdə həlak olmuş azərbaycanlı, türk əsgərləri, 1990-cı ilin Yanvar hadisələri zamanı və Qarabağ müharibəsində qəhrəmancasına həlak olmuş azərbaycanlılar dəfn edilib.

Vaxtilə Çəmbərəkənd adlanan bu ərazidə ermənilərin 1918-ci ilin martında Bakıda törətdikləri soyqırımı qurbanları basdırılıb. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra, bu məzarlıq ləğv edilərək yerində Dağüstü Park salınıb. 1990-cı ilin qanlı yanvar hadisələri zamanı həlak olanlar burada dəfn edildikdən sonra ərazi Şəhidlər xiyabanı adlandırılıb.

Səsin sürəti

Sәs dalğalarla yayılır. Vibrasiya edәn әşya öz vibrasiyasını qonşu molekullara, yaxud hissәciklәrә ötürür.

Məhəmməd Füzuli

Məhəmməd Füzulinin adı Azərbaycan tarixinə görkəmli şair, mütəfəkkir, tərcüməçi, Azərbaycan ədəbi dilinin yaradıcılarından biri kimi əbədi həkk olmuşdur.

Fitnə

Bəhram şah mahir ovçu idi. Hər dəfə ovdan sonra öz şücaəti ilə öyünərdi. Şahın Fitnə adlı gözəl bir kənizi vardı. Bu kəniz heç vaxt Bəhram şahın ovçuluq məharətini tərifləməzdi.

Qızılgül

Qızılgüləm, qızılgül,
Məni sevər hər könül.
Yaşıldır incə belim,
Qızıldandır hər telim.

Göyqurşağı

Göyqurşağı təbiətin ən gözəl hadisələrindəndir. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi kimi əsas rənglərdən ibarətdir.

Böyük xeyriyyəçi

Hacı Zeynalabdin Tağıyevin atası başmaqçı idi. Bu peşəsi ilə pul qazanıb ailəsini dolandırırdı. 10 yaşına çatanda Zeynalabdin atasından xahiş elədi ki, onu bir işə qoysun.