Xəzər

Respublikamız şərqdən Xəzər dənizi ilə əhatə olunmuşdur. Xəzər, əslində, dünyanın ən böyük gölüdür. Ərazisi çox böyük olduğuna və dənizə aid bir çox xüsusiyyətlərinə görə onu dəniz adlandırırlar. Dənizin göldən əsas fərqi bilirsənmi nədir? Dənizin okeanla əlaqəsi olur, gölün isə yox. Gölün suyu içməli, yaxud şorsulu olur, dənizin suyu yalnız duzludur.

Xəzər dənizi Avropa və Asiya qitələrinin sərhədində yerləşir.

Qədim zamanlarda Xəzəri müxtəlif adlarla adlandırmışlar. Kaspi də Xəzərin tarixi adlarından biridir. Bu adların hər ikisi uzaq keçmişdə onun sahilində yaşamış qədim türk tayfalarının adı ilə bağlıdır.

Kür, Samur çayları Xəzər dənizinə tökülür. Xəzərə tökülən ən böyük çay isə Rusiya Federasiyasının ərazisindən axan Volqa çayıdır.

Xəzərdə çoxlu ada var. Pirallahı Xəzərin ən böyük adasıdır.

Xəzərin faunası olduqca zəngindir. Burada nərə cinsli balıqların bir neçə nadir növünə rast gəlmək olar.

Xəzərdən neft və qaz da çıxarılır.

 

Səsin sürəti

Sәs dalğalarla yayılır. Vibrasiya edәn әşya öz vibrasiyasını qonşu molekullara, yaxud hissәciklәrә ötürür.

Məhəmməd Füzuli

Məhəmməd Füzulinin adı Azərbaycan tarixinə görkəmli şair, mütəfəkkir, tərcüməçi, Azərbaycan ədəbi dilinin yaradıcılarından biri kimi əbədi həkk olmuşdur.

Fitnə

Bəhram şah mahir ovçu idi. Hər dəfə ovdan sonra öz şücaəti ilə öyünərdi. Şahın Fitnə adlı gözəl bir kənizi vardı. Bu kəniz heç vaxt Bəhram şahın ovçuluq məharətini tərifləməzdi.

Qızılgül

Qızılgüləm, qızılgül,
Məni sevər hər könül.
Yaşıldır incə belim,
Qızıldandır hər telim.

Göyqurşağı

Göyqurşağı təbiətin ən gözəl hadisələrindəndir. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi kimi əsas rənglərdən ibarətdir.

Böyük xeyriyyəçi

Hacı Zeynalabdin Tağıyevin atası başmaqçı idi. Bu peşəsi ilə pul qazanıb ailəsini dolandırırdı. 10 yaşına çatanda Zeynalabdin atasından xahiş elədi ki, onu bir işə qoysun.