Günəş necə işıq saçır və istilik verir?

Günəş bizdən təxminən 150 milyon km məsafədə yerləşir. Məsafənin uzaqlığı Yerdə yaşayan canlıların onun istiliyi və işığından faydalanmasına mane olmur. Əgər Günəş sönsə, işıq və istilik verməsə Yer üzündə olan su və hətta havanın özü donar. İnsanlar, heyvanlar və bitkilər isə məhv olar.

Günəşin səthində olan yüksək temperatur isə dəmir və digər metalları nəinki əridir, onları qaynar qaz halına gətirir. Məhz bu səbəbdən Günəşdə bərk və maye maddə yoxdur. Yalnız qaynar qaz var. Günəş - böyük bir qaynar kürədir. Onun daxilində temperatur səthinə nisbətən daha yüksəkdir. Mərkəzə yaxın hissələrdə 15 milyon dərəcəyə çatır. Günəşin daxilində belə yüksək temperatur milyardlarla il mövcud olub və bir o qədər də mövcud olacaq. Günəşin daxilində nə baş verir? Bu nəhəng tonqal niyə sönmür? Astronom və fiziklər uzun zaman belə bir suala cavab axtarıblar: necə olub ki, Günəş bu yüksək temperaturu milyardlarla il qoruyub-saxlaya bilib? Bir çox alimlər belə hesab edirlər ki, Günəşin daxilində bir kimyəvi element - hidrogen digər kimyəvi elementə - heliuma çevrilir. Hidrogen hissəcikləri daha ağır hissəciklərdə birləşdiyindən işıq və isti halında bir enerji əmələ gəlir. Həmin enerji isə Günəş tərəfindən kosmik məkanda yayılaraq Yer kürəsinə qədər gəlib çatır və bütün canlılara həyat bəxş edir.

Səsin sürəti

Sәs dalğalarla yayılır. Vibrasiya edәn әşya öz vibrasiyasını qonşu molekullara, yaxud hissәciklәrә ötürür.

Məhəmməd Füzuli

Məhəmməd Füzulinin adı Azərbaycan tarixinə görkəmli şair, mütəfəkkir, tərcüməçi, Azərbaycan ədəbi dilinin yaradıcılarından biri kimi əbədi həkk olmuşdur.

Fitnə

Bəhram şah mahir ovçu idi. Hər dəfə ovdan sonra öz şücaəti ilə öyünərdi. Şahın Fitnə adlı gözəl bir kənizi vardı. Bu kəniz heç vaxt Bəhram şahın ovçuluq məharətini tərifləməzdi.

Qızılgül

Qızılgüləm, qızılgül,
Məni sevər hər könül.
Yaşıldır incə belim,
Qızıldandır hər telim.

Göyqurşağı

Göyqurşağı təbiətin ən gözəl hadisələrindəndir. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi kimi əsas rənglərdən ibarətdir.

Böyük xeyriyyəçi

Hacı Zeynalabdin Tağıyevin atası başmaqçı idi. Bu peşəsi ilə pul qazanıb ailəsini dolandırırdı. 10 yaşına çatanda Zeynalabdin atasından xahiş elədi ki, onu bir işə qoysun.