Yunanıstana səfər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 2014-cü il iyunun 15-16-da Yunanıstanda səfərdə olublar.

Afinada “ELPIDA” xərçəng xəstəliyinə tutulan uşaqların Dostluq Assosiasiyası ilə tanışlıq

İyunun 15-də Mehriban Əliyeva Afinada “ELPIDA” xərçəng xəstəliyinə tutulan uşaqların Dostluq Assosiasiyası ilə tanış olub, burada müalicə olunan uşaqlar və onların valideynləri ilə görüşüb.

Daha sonra “ELPIDA”nın fəaliyyətinə həsr olunan videoçarxın nümayiş etdirilib.

Assosiasiyanın prezidenti Marianna Vardinoyannis “ELPIDA” mükafatını Mehriban Əliyevaya təqdim edib.

Mehriban Əliyeva mərasimdə çıxış edib.

Sonra birinci xanım öz adı yazılmış ulduzu “ELPIDA”nı ziyarət edən görkəmli şəxslərin adları olan lövhəyə vurub, Heydər Əliyev Fondunun hədiyyələrini uşaqlara təqdim edib.

Akropol muzeyi ilə tanışlıq

İyunun 15-də Mehriban Əliyeva və “ELPIDA” Assosiasiyasının prezidenti Marianna Vardinoyannis Akropol Muzeyində olublar, orada nümayiş etdirilən tarixi eksponatlara baxıblar.

Daha sonra Mehriban Əliyeva və Marianna Vardinoyannis birlikdə nahar ediblər.

Afina Akropolu ilə tanışlıq

İyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Afina Akropolunda olublar.

Afinada “Kiklad” İncəsənət Muzeyi ilə tanışlıq

İyunun 16-da Mehriban Əliyeva Afinada “Kiklad” İncəsənət Muzeyi ilə tanış olub.

Muzeydə Mehriban Əliyevanı Yunanıstanın Baş nazirinin xanımı Georgia Samaras müşayiət edib.

Mehriban Əliyeva muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Sonra Mehriban Əliyeva və Georgia Samaras birgə nahar ediblər.

Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatının təqdimatı

İyunun 16-da Afinada Beynəlxalq Olimpiya Akademiyasının gənc iştirakçılarının 54-cü beynəlxalq sessiyasının açılış mərasimi keçirilib.

Mehriban Əliyeva mərasimdə iştirak edib.

Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kuvelos Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə Mehriban Əliyevaya Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatını təqdim edib.

Mehriban Əliyeva mərasimdə çıxış edib.

Mərasim konsert proqramı ilə davam edib.

Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə dövlət naharı

İyunun 16-da Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə dövlət naharı verilib.

Dövlət başçıları naharda çıxış ediblər.

15-16 iyun 2014-cü il

Səsin sürəti

Sәs dalğalarla yayılır. Vibrasiya edәn әşya öz vibrasiyasını qonşu molekullara, yaxud hissәciklәrә ötürür.

Məhəmməd Füzuli

Məhəmməd Füzulinin adı Azərbaycan tarixinə görkəmli şair, mütəfəkkir, tərcüməçi, Azərbaycan ədəbi dilinin yaradıcılarından biri kimi əbədi həkk olmuşdur.

Fitnə

Bəhram şah mahir ovçu idi. Hər dəfə ovdan sonra öz şücaəti ilə öyünərdi. Şahın Fitnə adlı gözəl bir kənizi vardı. Bu kəniz heç vaxt Bəhram şahın ovçuluq məharətini tərifləməzdi.

Qızılgül

Qızılgüləm, qızılgül,
Məni sevər hər könül.
Yaşıldır incə belim,
Qızıldandır hər telim.

Göyqurşağı

Göyqurşağı təbiətin ən gözəl hadisələrindəndir. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi kimi əsas rənglərdən ibarətdir.

Böyük xeyriyyəçi

Hacı Zeynalabdin Tağıyevin atası başmaqçı idi. Bu peşəsi ilə pul qazanıb ailəsini dolandırırdı. 10 yaşına çatanda Zeynalabdin atasından xahiş elədi ki, onu bir işə qoysun.