“Heydər Əliyev” ordeni
29.06.2015Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 29 iyun tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
2015-ci il iyunun 29-da “Bakı-2015” birinci Avropa Oyunlarının keçirilməsində xüsusi xidmətləri olan şəxslərin, həmçinin Avropa Oyunlarında uğurla çıxış edən idmançıların, onların məşqçilərinin, idman federasiyaları sədrlərinin mükafatlandırılması mərasimində “Heydər Əliyev” ordeni Mehriban Əliyevaya təqdim olunub.