Rusiyaya səfər

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 2019-cu il noyabrın 20-25-də Rusiya Federasiyasında rəsmi səfərdə olub.

Moskvada naməlum əsgərin məzarını ziyarət

Birinci vitse-prezident Mehriban Əliyeva noyabrın 21-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.

Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüş

Birinci vitse-prezident Mehriban Əliyeva noyabrın 21-də Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb.

Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Hökumətinin Qəbullar Evinə gəlib. Rusiya Hökumətinin sədri Dmitri Medvedev Birinci vitse-prezident Mehriban Əliyevanı qarşılayıb.

Sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevlə görüşü olub.

“Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanışlıq

Noyabrın 21-də Birinci vitse-prezident Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanın Gimnastika Mərkəzi ilə tanış olub.

Birinci vitse-prezident Mehriban Əliyevanı “Lujniki” Olimpiya Kompleksində Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova qarşılayıb.

Birinci vitse-prezident Mehriban Əliyeva burada İrina Viner-Usmanovanın Gimnastika Mərkəzi ilə tanış olub.

Birinci vitse-prezident Mehriban Əliyeva və Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova çay masası arxasında söhbət ediblər.

Birinci vitse-prezident Mehriban Əliyeva İrina Viner-Usmanovaya gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Sonda Birinci vitse-prezident Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim olunub.

Rusiya Prezidenti Vladimir Putinlə görüş

Birinci vitse-prezident Mehriban Əliyevanın noyabrın 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub.

Rusiya Prezidenti avqustun 13-də imzaladığı Fərmana əsasən “Dostluq” ordeni ilə təltif etdiyi Azərbaycanın Birinci vitse-prezidentinə dövlət mükafatını təqdim edib.

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri birgə şam

Noyabrın 22-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko birgə şam ediblər.

Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yenidən qurulan “Azərbaycan” pavilyonunun açılış mərasimi

Noyabrın 23-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılış mərasimi olub.

Mərasimdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko iştirak ediblər.

Nadir sərgi şəhərciyi hesab olunan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin incilərindən sayılan “Azərbaycan” pavilyonu 1939-cu ildə tikilib. Milli pavilyonumuzda bərpa işləri onun binasının tarixi görünüşü, memarlıq-etnik özünəməxsusluğu saxlanılmaqla həyata keçirilib.

Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə çıxış edib.

Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko noyabrın 23-də Moskvada işini Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Kosmos” binasında davam etdirən X Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak ediblər.

Birinci vitse-prezident Mehriban Əliyeva forumda çıxış edib.

Sonra Federasiya Şurasının sədri Valentina Matviyenko çıxış edib.

Daha sonra imzalanmış ikitərəfli sənədlərin mübadiləsi mərasimi olub.

TASS agentliyinə, “Rossiya 24” telekanalına və “Rossiyskaya qazeta”ya müsahibə

Birinci vitse-prezident Mehriban Əliyeva noyabrın 24-də Rusiyanın TASS agentliyinə, “Rossiya 24” telekanalına və “Rossiyskaya qazeta”ya müsahibə verib.

8-ci Moskva Beynəlxalq Müasir İncəsənət Bienallesi ilə tanışlıq

Birinci vitse-prezident Mehriban Əliyeva noyabrın 24-də Dövlət Tretyakov Qalereyasında olub.

Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 8-ci Moskva Beynəlxalq Müasir İncəsənət Bienallesi ilə tanış olublar.

Birinci vitse-prezident Mehriban Əliyevanı Dövlət Tretyakov Qalereyasının direktoru Zelfira Trequlova və Moskva Beynəlxalq Müasir İncəsənət Biennalesinin kuratoru Yuliya Muzıkantskaya qarşılayıblar.

Tretyakov Qalereyasının direktoru Zelfira Trequlova Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya qalereyada davam edən 8-ci Beynəlxalq Müasir İncəsənət Biennalesi haqqında məlumat verib.

Birinci vitse-prezident Mehriban Əliyeva ekspozisiyada Azərbaycan rəssamları Orxan Məmmədovun “Estetikanın saxlanması ideyası” və Leyla Əliyevanın “Əbədiyyət” multimedia installyasiyaları ilə tanış olub.

20-25 noyabr 2019-cu il