AZ
EN РУ
  • BİOQRAFİYA
    • Mükafatlar

    • Məqalələr
  • FƏALİYYƏT
    • Tədbirlər
    • Çıxışlar

    • Görüşlər
    • Müsahibələr

    • Səfərlər
  • QALEREYA
    • Foto
      • Portret
      • Ailə
      • Anlar
    • Video
​

UNESCO-nun Baş direktoru xanım Odri Azule ilə görüş

30.06.2019

İyunun 30-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycanda səfərdə olan UNESCO-nun Baş direktoru xanım Odri Azule ilə görüşüb.

Mehriban Əliyeva UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında iştirak etmək üçün ölkəmizə gəldiyinə görə UNESCO-nun Baş direktoru Odri Azuleyə minnətdarlığını bildirib. Təşkilatın Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıb, Odri Azulenin həmin tədbirə diqqətinin bu sessiyanın uğurla keçəcəyinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Mehriban Əliyeva Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın bir çox sahələrdə - mədəniyyət, elm, təhsil və digər istiqamətlərdə çox uğurla inkişaf etdiyini məmnunluqla vurğulayıb. “Bütün bu illərdə birgə keçirilən toplantılarda, böyük beynəlxalq tədbirlərdə UNESCO ailəsinin üzvü olmaq mənim üçün çox xoşdur, böyük şərəfdir”, - deyən Mehriban Əliyeva bu il əməkdaşlığımızın 27-ci ildönümünün qeyd ediləcəyini bildirib, dünya mədəniyyət irsinin qorunmasında gələcəkdə də çox uğurlu əməkdaşlıq quracağımıza əminliyini ifadə edib. Mehriban Əliyeva onu da bildirib ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra mədəni, tarixi və dini irsin qorunması Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib və son illərdə Azərbaycanda UNESCO-nun tərəfdaşlığı ilə bir sıra möhtəşəm beynəlxalq forumlar, tədbirlər uğurla təşkil edilib. UNESCO-nun Baş direktorunun ölkəmizə səfərinin uğurlu keçəcəyinə əminliyini ifadə edən Mehriban Əliyeva ümidvar olduğunu bildirib ki, bu səfər çərçivəsində Odri Azule Azərbaycanla, paytaxtımızla daha yaxından tanış olacaq və xalqımızın qonaqpərvərliyini hiss edəcək.

Odri Azule Parisdə təşkilatın baş qərargahında Mehriban Əliyeva ilə görüşünü xatırlayıb və UNESCO üçün ən mühüm tədbir olan Ümumdünya İrs Komitəsinin növbəti sessiyasının üzv dövlətlər arasında məhz Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirib. UNESCO-nun Baş direktoru növbəti günlərdə bütün ölkələrin nümayəndələrinin Bakıda bir araya gələrək dünya irsinin qorunması üçün görülməsi vacib olan tədbirləri müzakirə edəcəklərini vurğulayıb. Odri Azule UNESCO üçün mühüm əhəmiyyət kəsb edən və 2500-ə yaxın iştirakçının qatılacağı bu sessiyanın Azərbaycanda keçirilməsinə görə təşəkkürünü bildirib.

Sonra Mehriban Əliyeva və UNESCO-nun Baş direktoru Odri Azule birgə nahar ediblər.

Foto

Video

02:20
  • Tədbirlər
  • Görüşlər
  • Səfərlər
  • Çıxışlar
  • Müsahibələr
24.11.2019
Birinci vitse-prezident Mehriban Əliyeva 8-ci Moskva Beynəlxalq Müasir İncəsənət Bienallesi ilə tanış olub
23.11.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edib
23.11.2019
Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yenidən qurulan “Azərbaycan” pavilyonunun açılış mərasimi olub
31.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Bakıdakı Autizm sindromlu uşaqlar üçün reabilitasiya Mərkəzini ziyarət edib
31.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Nərimanov rayonundakı 64 saylı körpələr evi-uşaq bağçasında olub
31.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Pirşağıdakı 10 saylı internat məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
22.11.2019
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüş
21.11.2019
Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüş
31.10.2019
Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüş
25.10.2019
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının xanımları Heydər Əliyev Mərkəzində olublar
01.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva məşhur müğənni və bəstəkar Sami Yusufa Azərbaycan Prezidentinin fəxri diplomunu təqdim edib
29.07.2019
Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merlə görüş
20-25 noyabr 2019-cu il
Rusiyaya səfər
11-12 mart 2019-cu il
Fransaya səfər
22 yanvar 2019-cu il
İsveçrəyə səfər
25-26 sentyabr 2018-ci il
İtaliyaya səfər
18 may 2018-ci il
Fransaya səfər
26 dekabr 2017-ci il
Rusiyaya səfər
23.11.2019
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu
23.11.2019
Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yenidən qurulan “Azərbaycan” pavilyonunun açılış mərasimi olub
25.10.2019
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının xanımları Heydər Əliyev Mərkəzində olublar
26.08.2019
Heydər Əliyev Mərkəzində bir qrup məcburi köçkünün iştirakı ilə tədbir keçirilib
30.06.2019
UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası
24.06.2019
Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu
24.11.2019
Birinci vitse-prezident Mehriban Əliyeva TASS agentliyinə, “Rossiya 24” telekanalına və “Rossiyskaya qazeta”ya müsahibə verib
27.02.2017
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Rossiya 24” telekanalına müsahibə verib
26.02.2017
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Rossiya 1” telekanalına müsahibə verib
11.04.2015
TASS agentliyinə müsahibə
11.04.2015
“Rossiya-24” kanalına müsahibə
26.08.2014
“Baku” jurnalına müsahibə
Müəllif hüquqları qorunur © 2015