İtaliyaya səfər

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2018-ci il sentyabrın 25-26-da İtaliyada səfərdə olub.

İtaliya Senatının sədri ilə görüş

Sentyabrın 25-də Mehriban Əliyeva İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati ilə görüşüb.

Görüşdə son illərdə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət, qanunvericilik, mədəniyyət, elm-təhsil sahələrində çox böyük nailiyyətlərin əldə olunduğu vurğulanıb.

Söhbət zamanı İtaliya şirkətlərinin Azərbaycanda bir sıra iqtisadi layihələrdə uğurla iştirak etdiyi bildirilib. Qeyd edilib ki, rəsmi Roma Azərbaycanın Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyindəki rolunu yüksək dəyərləndirir. Vurğulanıb ki, xalqlarımız arasındakı münasibətlərin yaxınlaşmasına töhfə verən İtaliya ilə Azərbaycan arasındakı mədəni əlaqələr də inkişaf edir.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinə dair konfrans

Sentyabrın 25-də Romadakı Custiniani sarayında “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq münasibətləri” adlı konfrans keçirilib.

Mehriban Əliyeva konfransın açılışında iştirak edib.

Mehriban Əliyeva konfransda çıxış edib.

Mehriban Əliyevanın şərəfinə rəsmi nahar

Sentyabrın 25-də Romada Custiniani sarayında Mehriban Əliyevanın şərəfinə İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati tərəfindən rəsmi nahar verilib.

Əvvəlcə Mehriban Əliyeva saraydakı “Konstitusiya”, “Qırmızı” və “Güzgülü” zallarında olub.

Sonra Mehriban Əliyevanın şərəfinə Maria Elisabetta Alberti Kasellati tərəfindən rəsmi nahar verilib.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi ziyafət

Sentyabrın 25-də Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi ziyafət verilib.

Mehriban Əliyeva rəsmi ziyafətdə iştirak edib.

Mehriban Əliyeva tədbirdə çıxış edib.

İtaliyanın iqtisadiyyat və maliyyə naziri Covanni Tria ziyafətdə çıxış edib.

Tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan sərgi maraqla qarşılanıb.

Roma Papası Fransisk ilə görüş

Sentyabrın 26-da Mehriban Əliyeva İtaliyaya rəsmi səfəri çərçivəsində Roma Papası Fransisk ilə görüşüb.

Görüşdə Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, əməkdaşlığımızın mədəni irsin qorunması sahəsində daha da genişləndiyi vurğulanıb. Azərbaycanın dinlərarası, mədəniyyətlərarası dialoqa mühüm töhfələr verdiyi qeyd edilib.

Söhbət zamanı Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti, Fondun xristian abidələrinin qorunması, bərpası istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib.

Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüş

Sentyabrın 26-da Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.

Görüşdə Azərbaycanın Şərq ilə Qərb arasında özünəməxsus mədəniyyət körpüsü rolu oynadığı bildirilib, ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlıq ənənələri, multikultural mühit yüksək qiymətləndirilib.

Söhbət zamanı Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmlənməsinə verdiyi töhfələr, bununla bağlı ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, xüsusilə də Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlər, reallaşdırdığı mühüm layihələr qeyd edilib.

Vatikanda Müqəddəs Sebastian katakombalarının açılışı

Sentyabrın 26-da Vatikanda Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Müqəddəs Sebastian katakombalarının açılışı olub.

Mehriban Əliyeva açılış mərasimində iştirak edib.

Kardinal Can-Franko Ravazi Mehriban Əliyevanı qarşılayıb.

Sonra Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Müqəddəs Sebastian katakombalarının açılışı olub.

İtaliya Prezidenti tərəfindən Mehriban Əliyevanın şərəfinə rəsmi nahar

Sentyabrın 26-da İtaliya Respublikasının Prezidenti Sercio Mattarella tərəfindən Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib.

Prezident Sercio Mattarella Birinci vitse-prezident Mehriban Əliyevanı qarşılayıb.

Azərbaycanın nümayəndə heyəti Prezident Sercio Mattarellaya, İtaliyanın dövlət və hökumət rəsmiləri Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim olunub.

Sonra birgə foto çəkdirilib.

Daha sonra İtaliya Prezidenti tərəfindən Azərbaycanın Birinci vitse-prezidentinin şərəfinə rəsmi nahar verilib.

25-26 sentyabr 2018-ci il