Fransaya səfər

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2017-ci il noyabrın 14-də Fransada səfərdə olub.

Bakının “Expo 2025” Sərgisinə namizəd şəhər olması şərəfinə qəbul

Noyabrın 14-də Parisdə, Royal Pavilyonda Azərbaycanın paytaxtı Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə qəbul təşkil edilib.

Mehriban Əliyeva tədbirdə iştirak edib.

Bakının “Expo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər olması şərəfinə təşkil edilən qəbulda Azərbaycanın və Fransanın tanınmış ictimai-siyasi xadimləri, diplomatik korpusun nümayəndələri və digər nüfuzlu şəxslər iştirak ediblər.

Mehriban Əliyeva tədbirdə çıxış edib.

14 noyabr 2017-ci il